Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir:
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Bank sektoru 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı 7 milyard 170.2 milyon manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 2% və ya 571.4 milyon manat artaraq 29 milyard 276.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 544.6 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 183.5 milyon manat) 
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.2 milyon manat). 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 36 milyard 587.8 milyon manat. Depozit portfelinin 58%-i (21 milyard 210.8 milyon manat) hüquqi şəxslərin, 42%-i (15 milyard 377 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10 milyard 404.8 milyon manat) milli valyutada, 32.3%-i (4 milyard 972.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9 milyard 720.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 1.7% və ya 159.5 milyon manat, tələbli əmanətləri isə 2.4% və ya 131.4 milyon manat artmışdır. 
2025-ci ilin sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3 min 506 əmanətçi), ilin əvvəlindən isə 20.4% (30 min 638 əmanətçi) artmışdır. 
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 983.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.4%-ni təşkil etmişdir. 
2025-ci ilin yanvar - sentyabr aylarında banklar 910.7 milyon manat xalis mənfəət, 1 milyard 373.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 milyon  manat məbləğində mənfəət vergisi ödənilmişdir.
30 sentyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,410 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 137 nəfər artaraq 26,872 nəfər təşkil etmişdir. 
Monetar sektor
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1.5% artaraq 37 milyard 188.1 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 milyon manat artaraq 2 milyard 926.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artmışdır. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı 56.5% artmışdır.

Banklar     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes