"Bank VTB Azərbaycan" hələki yığılmış zərəri bağlaya bilmir: 6 ilə zərərin yalnız 17%-ni bərpa edə bilib
Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2025-ci ilin I rübündə 3.306 milyon manat həcmində xalis mənfəət əldə etsə də, illərin yığılmış zərərini tam qarşılaya bilmədi və 1 aprel tarixinə kommersiya bankın balansında 213.38 mln. manat qalmaqda davam edir.
Banker.az xəbər verir ki, bankın faiz gəlirləri illik müqayisədə əldə olunan faiz gəlirləri illik müqayisədə 39% artaraq 10 milyon manata yüksələrkən, faiz xərcləri 12% artaraq 2.21 mln. manata yüksəlib.
Bununla da, bankın xalis faiz gəliri 2025-ci ilin ilk rübündə 7.55 mln. manat olub ki, bu da 57% artım deməkdir. Birinci rübdəki xalis mənfəət bankın balansındakı illərin yığılmış zərərini 216.69 mln. manatdan 213.38 mln. manata enib. Bank 2019-cu ilə qədər illəri zərərlə bitirdikdən sonra 261.6 milyon manata yüksəlmişdi. Bu illər ərzində bank cəmi bu zərərin cəmi 44.91 mln. manatını mənfəət etməklə bərpa edə bilib. Hazırda "Bank VTB Azərbaycan" yığılmış zərərin həcminə görə ikinci ən iri göstəriciyə malik olan bankdır.
Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10% artımla 348.54 mln. manata yüksəldib. Bank aktivlərinin əsas komponenti olan müştəri kreditlərinin həcmi illik müqayisədə daha az dinamika ilə – 0.3% artımla 235.76 mln. manat olub. Bankın aktivlərinin artımına səbəb ilk rübdə 30 mln. manatlıq banklar və digər maliyyə institutlarındakı depozitləri olub.
"Bank VTB (Azərbaycan)"ın cəmi depozitlərinin həcmi 128.36 mln. manat olmaqla ilin əvvəli ilə müqayisədə 12% artıb. Depozitlərin 70.34 mln. manatı hüquqi şəxslərin və 58.02 mln. manatı isə fiziki şəxslərin depozitləri olub.

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?