Banka yeni sədr təyin edilib
"AFB Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Marja.az Banka istinadəb xəbər verir ki, O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyət göstərirdi.
Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb.
Peşəkar karyerasının böyük hissəsini "Bank of Baku" ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, "AFB Bank" 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manat təşkil edir. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda "Azsığorta" ASC-nin 100%-lik səhmdarı və "Bank of Baku" ASC-nin 31.11%-lik pay sahibidir. Digər səhmdarlar isə Cəmil Tahir oğlu Muradov (0.18%) və Toğrul Hacıyev Ülvi oğludur (0.18%).


Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?