Bankın İdarə Heyətinin sədri növbəti ildən ABB səhmlərinin bahalaşmasını gözləyir

Bankın İdarə Heyətinin sədri növbəti ildən ABB səhmlərinin bahalaşmasını gözləyirBANKER.AZ — ABB ( ticker: ABBNK) növbəti ilin ilk yarımilində dividend qərarı verəcək. Bunun sayəsində səhm bazarında canlanma artacaq.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov VIII Beynəlxalq Bankçılıq Forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Bankın səhmlərinin təkrar bazarında qısa müddətdə 5 mindən çox əqd olub, əqdləşmələr müxtəlif investorlar arasında aparılıb.
"2025-ci ilin ilk yarımilində bu ilin nəticələri üzrə dividend qərarımızı elan edəcəyik. Cari il üzrə nəticələrimiz ötən illər səhmdarlarımıza ödədiyimiz dividend gəlirliliyi qədər ödənişə imkan verir. Yekun qərarı, ilin maliyyə nəticələrinə kənar audit şirkətinin rəyindən sonra Bankın rəhbərliyinin təklifi ilə Səhmdarların Ümumi Yığıncağı verəcək" – Abbas İbrahimov bildirib. 
Xatırladaq ki, ABB ölkənin ən iri aktivə sahib olan bankı olmaqla yanaşı, ən iri mənfəət əldə edən bankdır. 2024-cü ilin ilk üç rübündə Bank 235.08 milyon manat xalis mənfəət əldə edib. 
Bank cari ilin yayında "Mərkəzdən hər kəsə" devizi ilə Azərbaycanda ilk kütləvi səhm buraxılışını həyata keçirib və 33 min yeni investor cəlb edib.
Abbas İbrahimov ilk günlər səhmlərin təkrar bazarında daha yüksək aktivliyin olmasını təkrar bazar imkanının yeni açılması ilə əlaqələndirib. 
"Hazırda "ABB mobile" tətbiqi, eləcə də "ABB Invest İ.Ş." və digər investisiya şirkətləri vasitəsilə səhmlərimizi alıb-satmaq mümkündür. Tezliklə təkrar bazar imkanları digər bankların və investisiya şirkətlərinin mobil tətbiqlərində də mümkün olacaq. Bu zaman bazara daha çox investor daxil olacaq və səhm ticarətində aktivlik daha da artacaq"- deyə, İdarə Heyətinin sədri bildirib.
Qeyd edək ki, Hazırda Bakı Fond Birjasında ABB səhmləri üçün iki investisiya şirkəti marketmeyker  kimi iştirak edir. Bunlar "Unicapital İ.Ş." və "İnvestAZ İ.Ş." şirkətləridir. Bundan başqa, komissiyalar sıfıra endirilib ki, səhm alqı-satqısı investorlar üçün bir qədər də cəlbedici olsun. Hər iki şirkətin təklif etdiyi alış-satış spredi 1-2 qəpik arasında dəyişib. 
"Bir çox investorlar səhm investisiyasına dividend gəliri əldə etmək imkanı kimi baxırlar"- deyən Abbas İbrahimov gələn ilin ilk aylarında, yəni dividend ödənişindən əvvəlki aylarda aktivliyin və səhm qiymətlərində yüksəlmənin olacağının gözlənildiyini bildirib. 
"Ötən il hər səhmdarımız, nominal qiymətlə hesablasaq, bir səhmə, yəni 27 qəpiklik investisiyaya 4 qəpik dividend qazanmışdı. Əgər investorların gözləntiləri bu şəkildə olarsa, bu, o deməkdir ki, dividend ödənişinə daha yaxın aylarda investisiya edənlər qısa müddətdə dividend gəliri əldə edərək öz gəlirlərini yüksəldə bilərlər. Təbii, gözləniləndir ki, dividend ödənişinə daha yaxın aylarda səhm qiymətləri daha yüksək olacaq".

Banklar     Tarix: 04 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi