Banklarda faiz marjası yüksəkdir, bəs sektor nə etməlidir?

Banklarda faiz marjası yüksəkdir, bəs sektor nə etməlidir?Azərbaycanda bank sektorunda kreditlər ilə depozitlər arasındakı marjanın (faiz fərqinin) yüksək olaraq qalması həm iqtisadçılar arasında, həm də tənzimləyici qurum tərəfindən tez-tez dilə gətirilir.
Banker.az xəbər verir ki, əslində rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Məsələn, 2023-cü ilin 1 aprelində milli valyutada marja 5.75%, 2024-cü ilin eyni dövründə isə 5.99% olub. 2025-ci ilin 1 yanvarında bu göstərici 5.91%-ə qədər azalsa da, 1 aprelə olan məlumata əsasən marja yenidən 5.77% civarında qalmaqdadır. Xarici valyutada isə marja 2023-cü ildə 3.21% olduğu halda, hazırda 2.58%-ə qədər azalıb.
İqtisadçı-ekspert Elman Sadıqov məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bankın son dövrlərdə depozit faizlərini artırması bir neçə hədəfə xidmət edir: vətəndaşların pullarının bank sisteminə cəlb edilməsi, yeni depozit müştərilərinin artımı (unikal depozitçilərin sayı 40%-ə qədər artıb) və depozit portfelinin xırda müştərilər hesabına diversifikasiyası. Bu, ümumilikdə maliyyə sistemində risklərin azalmasına səbəb ola bilər.
Bununla belə, ekspert artan faizlərin kredit faizlərinə təsir edərək borcalma xərclərini artırdığını və bu vəziyyətin diqqətlə tənzimlənməli olduğunu vurğulayıb: "Lakin, burada meydana çıxan əsas risk faktoru artan faizlərin kredit faizlərinə də təsiridir. Bu risk faktorunu yumşaltmaq üçün əlbəttə atılacaq addımlar var. Məsələn, hazırda bankların depozit və kredit faizləri arasındakı spredi (fərqi) daraltması imkanları var və bu imkanlardan faydalanmalıdırlar".
E.Sadıqov bildirir ki, bank sektoru haqqında fikir bildirməməyinin əsas səbəblərindən biri də bankların son illərdə yaranmış şəraitdən istifadə edərək demək olar ki, 90%-nin strateji yanaşma tərzində dəyişikliklərə getməmələridir.
"Plastik kart biznesi strateji yenilikdən daha çox texnoloji inkişaf, rəqabət və dövrün tələbləri fonunda doğan bir zərurətdir".
Aşağı marja, böyük həcm
Mərkəzi Bankın sədri Taleh Kazımov da 23 aprel tarixində keçirilən press-konfransda bu məsələyə toxunaraq bildirib ki, hazırda bankların kredit–depozit marjaları çox yüksək – 6-8% civarındadır. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, "aşağı marja, böyük həcm" prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar:
"Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır."
Taleh Kazımov press-konfransda onu da qeyd etdi ki, faizlərin artacağını gözləmirlər. "Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir".
Banklarda faiz marjası yüksəkdir, bəs sektor nə etməlidir?Hazırda ölkədə istehlak kreditlərinin verilməsi biznes kreditlərini üstələyir. Elman Sadıqov bu məsələdə tələb-təklif məsələsini səbəb göstərir.
"Faktiki olaraq biznes kreditləri ilə bağlı banklara tələblər zəifdir. Tələb var, bazara çıxmır, yoxsa ümumiyyətlə tələb yoxdur? İqtisadiyyatda mövcud olan kredit tələbi bazara çıxmalıdır. Bu fikrimə aydınlıq gətirim. Bir var tələb, bir də var tələbin bazara çıxması. Fərqli məsələlərdir. Məsələn, bir insanın evi yoxdur və evə ehtiyacı, tələbi var. Lakin, həmin insan müəyyən səbəblərdən (alıcılıq qabiliyyəti və sair) ev axtarmır, ev almaq niyyəti yoxdur, yəni mövcud olan tələbi bazara çıxmır. Yəni tələb o zaman reallaşa bilər ki, bazara çıxsın. Deməli, tələbin olması, tələbin bazara çıxmaması və tələbin reallaşması və ya reallaşa bilməməsi fərqli məsələlərdir. Təhlillərdə mütləq məhz bu cür yanaşmanın nəzərə alınması daha səmərəli fikirlərin və müəyyən həll yollarının ortaya çıxması üçün daha məqsədəuyğun olar"- deyə, o əlavə edir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının son statistik bülleteninə əsasən, kredit kartları üzrə faiz dərəcələri kredit kartları ilə bağlı verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 26%-ə yüksəlib, 2025-ci ilin mart ayında isə bu rəqəm 25%-ə enib.
Bununla belə, məişət avadanlıqları ilə bağlı kreditlər məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlərdə faiz dərəcəsi 2024-cü ilin sonuna qədər 25% olmuşdu, amma 2025-ci ilin mart ayında bu rəqəm 26%-ə yüksəlib. Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər yaşayış sahəsinin təmiri məqsədilə verilən kreditlərdə faiz dərəcəsi isə 2024-cü ilin dekabr ayında 16% olduğu halda, 2025-ci ilin martında dəyişməyərək 16% olaraq qalır. Avtomobil kreditləri avtomobil kreditlərinə dair faiz dərəcəsi 2024-cü ilin sonunda 10% olaraq müəyyən edilsə də, 2025-ci ilin mart ayında 12%-ə yüksəlib.
Banklarda faiz marjası yüksəkdir, bəs sektor nə etməlidir?

Banklar     Tarix: 30 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə


iqtisadi xeberler leobank kart bank faizleri dollarin kursu bu gun avtomobil xeberleri