Bankların audit olunmuş hesabatına əsasən xalis mənfəətinin RENKİNQİ (2025)
Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları açıqlanıb və hər bir bank ili xalis mənfəətlə bitirib.
Banker.az bankların açıqladığı hesabatlarına istinadən xəbər verir ki, ən yüksək xalis mənfəəti yenə də ABB əldə edib. Bank 2025-ci ildə 404.49 milyon manat xalis mənfəət qazanıb ki, bu da 2024-cü illə müqayisədə 44.41 milyon manat və ya 12.3% çoxdur.
İkinci sırada yer alan Kapital Bankın xalis mənfəəti illik müqayisədə 14.8% artaraq 274.56 milyon manata çatıb.
İlk beşliyi həmçinin PAŞA Bank (185.42 milyon manat), Xalq Bank (63.66 milyon manat) və Bank Respublika (61.34 milyon manat) tamamlayıb. Bank Respublika ötən illə müqayisədə mənfəətini 19.4% artıraraq ən yüksək artım nümayiş etdirən iri banklardan biri olub.
Orta gəlirli banklar qrupunda AccessBank 48.41 milyon manat, Bank of Baku 27.82 milyon manat, Ziraat Bank Azərbaycan 22.33 milyon manat, Yelo Bank isə 20.43 milyon manat xalis mənfəət açıqlayıb.
Mənfəət artımı baxımından diqqət çəkən banklardan biri də Ziraat Bank Azərbaycan olub. Bankın xalis mənfəəti bir il ərzində 57.8% artıb.
Konsolidasiya edilmiş maliyyə hesabatları — bütövlükdə nəzərə alınan əlaqəli təşkilatlar qrupunun maliyyə hesabatları.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?