Bankların cəmi kredit portfeli 22 milyard manatı keçib

Bankların cəmi kredit portfeli 22 milyard manatı keçib30 sentyabr 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 530,5 milyon manat, cəmi öhdəlikləri 39 milyard 539,1 milyon manat, balans kapitalı 5 milyard 991,4 milyon manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.4%, 0.2% və 1.8% artmışdır.
Marja.az Mərkəzi banka istinadən xəbər verir ki, sentyabr ayında bankların kredit portfeli 2.1% və ya 467.7 milyon manat artaraq 22 milyard 281.9 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.2% (12 milyard 78.7 milyon manat); ıı) istehlak kreditləri – 30% (6 milyard 680.1 milyon manat) və ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 523.1 milyon manat). Ay ərzində biznes kreditləri mütləq ifadədə 256.9 milyon manat, istehlak kreditləri 147.6 milyon manat, ipoteka kreditləri isə 63.2 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.4%-i və ya 32 milyard 174.2 milyon manat. Depozit portfelinin 61.4%-i (19 milyard 755.8 milyon manat) hüquqi şəxslərin, 38.6%-i (12 milyard 418.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.3%-i (6 milyard 745.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 896.1  milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.5%-ni təşkil etmişdir. 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında ilin əvvəlinə nəzərən 4.1 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.2 faiz bəndi azalaraq 35.1% təşkil etmişdir.
Həmçinin oxu
Bankların cəmi kredit portfeli 22 milyard manatı keçib2023-cü ilin 9 ayında banklar 832.9  milyon manat xalis mənfəət, 1 milyard 227.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26%  artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 214.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% və ya 57.8 milyon manat daha çoxdur.
30 sentyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 491, şöbələrinin sayı 88, ATM-lərin sayı 3047 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 39 nəfər artaraq 23 min 530 nəfər təşkil etmişdir. 

Banklar     Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler bank faizleri bitcoin qiymeti biznes ideyalari biznes krediti