Bankların ipoteka kreditləri portfeli 4 milyard manat həddini keçib
2024-cü ilin iyul ayında da bank sektorunun kredit portfelinin artımı davam edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyun ayı ilə müqayisədə iyul ayında bankların kredit portfeli 1% və ya 265.2 milyon manat artaraq 31 iyul 2024-cü il tarixində25 milyard 694.7 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu aşağıdakı şəkildədir:
1. biznes kreditləri – 54.2% (13 milyard 910.1 milyon manat);
2. istehlak kreditləri – 30.2% (7 milyard 765.1 milyon manat)
3. ipoteka kreditləri – 15.6% (4 milyard 19.5 milyon manat).
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 milyon manat artaraq 30 iyun 2024-cü il tarixində 25 milyard 429.5 milyon manata çatmışdı.
Kredit portfelinin strukturu aşağıdakı şəkildə idi:
1. biznes kreditləri – 54.6% (13 milyard 874.8 milyon manat);
2. istehlak kreditləri – 30% (7 milyard 633.8 milyon manat) və
3. ipoteka kreditləri – 15.4% (3 milyard 920.8 milyon manat).
2024-cü ilin iyul ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları