Bankların müştəriləri 710 milyon manatlıq kredit üzrə ödənişləri gecikdirir
30 May 2023-ü il tarixində Azərbaycan banklarının cəmi kredit portfelində qeyri-işlək kreditlərinin məbləği 710 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə mayda qeyri-işlək kreditin məbləği 60,3 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 25,3 milyon manat azalıb.
Qeyri-işlək kreditlərin bankların cəmi kredit portfelində (20 milyard 659 milyon 269 min manat) xüsusi çəkisi 3,4% təşkil edib.
Qeyri işlək kreditlərin 461,7 milyon manatı biznes kreditləri, 207,6 milyon manatı istehlak kreditləri, 40,7 milyon manatı istehlak kreditləri üzrə olub.
Qeyri işlək kreditlərin biznes kreditlərində (11 milyard 170 milyon 805 min manat) xüsusi çəkisi 4,1%, istehlak kreditlərində (6 milyard 224 milyon 527 min manat) xüsusi çəkisi 3,3%, ipoteka kreditlərində (3 milyard 263 milyon 957 min manat) xüsusi çəkisi 1,2% təşkil edib.
Həmçinin oxu
Azərbaycanda əhalinin banklara borcu 10 milyard manata yaxınlaşır
Qeyri-işlək kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş kreditin qalıq məbləği;
İstehlak krediti - sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.
Biznes krediti - hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kreditdir.


Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?