Baş bankir Kazımovun Çinə səfəri başlayıb
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Çin Xalq Respublikasının maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə makroiqtisadi sabitliyin təmin olunması, maliyyə texnologiyalarının inkişafı, həmçinin tənzimləmə sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, səfərin məqsədi Azərbaycan və Çin arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsidir.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cash Back nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznesə aid ən yaxşı 10 kitab
"Coca-Cola" haqqında 5 maraqlı fakt