Başqa şəxslərin təsərrüfatlara vuduğu zərəri də Aqrar Sığorta Fondu qarşılayır

Başqa şəxslərin təsərrüfatlara vuduğu zərəri də Aqrar Sığorta Fondu qarşılayırAzərbaycanda təsərrüfat sahiblərinə ən çox zərər vuran hallardan biri də başqa şəxslərin hərəkətləridir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ayrı-ayrı şəxslərin hərəkətləri əkin sahələrinə və meyvə bağlarına zərər vurur, gözlənilən və ya hazır məhsulu məhv edir, məhsuldarlığı azaldır. Heyvandarlıq təsərrüfatlarında isə digər şəxslərin hərəkətləri nəticəsində heyvanlar tələf olur, fermerlərə maddi ziyan dəyir.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları digər hadisələrlə yanaşı, 3-cü şəxsin hərəkətlərindən də qoruyur, belə hadisələr baş verdikdə zərərə düşən fermerlərə sığorta ödənişi verilir.
"Aqrar sığorta Qaydaları"na əsasən "3-cü şəxslərin hərəkətləri" dedikdə insanların və təşkilatların qanuna zidd davranışları nəticəsində əkin sahələrinə, bağçılıq, heyvandarlıq təsərrüfatlarına bilərəkdən və ya təsadüfən zərər vurması nəzərdə tutulur.
Aqrar Sığorta Fonduna 3-cü şəxslərin vurduğu zərərlə bağlı çoxsaylı müraciətlər daxil olur. Bura əkin sahəsinə heyvan salınaraq məhsulun məhv edilməsi və tapdalanması, əkin sahəsinə suyun verilməməsi və ya əksinə, əkin sahəsini su basması, əkin sahəsinin başqa şəxslər tərəfindən biçilməsi, əkin sahəsinə texnikanın daxil olması kimi hallar aiddir.
Heyvandarlıqda isə 3-cü şəxslərin hərəkətləri heyvanların dərmanlar və kimyəvi vasitələrin təsirindən tələf olması, əkin sahələrinin dərmanlanması zamanı heyvanın zəhərlənməsi, heyvanları elektrik cərəyanının vurması aiddir. Bundan başqa, heyvanların maşınla vurulması, daşınma zamanı qəza nəticəsində tələf olması və ya zədələnməsi, heyvanların oğurlanması halları da 3-cü şəxsin hərəkəti kimi qəbul edilir. Əgər təsərrüfat sığortalıdırsa, belə hallara görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfat sahiblərinə ödəniş edilir.
3-cü şəxsin hərəkətləri nəticəsində dəyən zərərə görə Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəyir, daha sonra Fond zərər vuran tərəfi məhkəməyə verir və ödənilən məbləği ondan tələb edir. Beləliklə sığortası olan fermer ona dəyən zərərə görə ödəniş almaqla yanaşı, bu hadisəyə görə məhkəmə çəkişməsində iştirak etməli olmur, buna vaxt və resurs sərf etmir.
2023-cü ildə əkin sahələrinə 3-cü şəxslər tərəfindən zərər vurulması ilə bağlı Aqrar Sığorta Fonduna 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər araşdırılıb, müvafiq dövlət orqanları tərəfindən təsdiqlənib və hadisənin xarakteri, zərərin həcmi müəyyən edilib.
3-cü şəxslərin hərəkəti ilə bağlı ən çox şikayətlər əkin sahəsində heyvan otarılması, texnikalarla əkin sahəsinə daxil olma, əkin sahəsinə su verilməməsi, dərmanlama zamanı əkin sahəsinə zərər vurulması və oğurluq (məhsulun başqa şəxslər tərəfindən gizlicə yığılması) halları ilə bağlıdır.
Nəticədə təsdiqini tapmış sığorta hadisələri üzrə 20 müraciət 3-cü şəxsin hərəkəti kimi müəyyən edilərək Fond tərəfindən fermerlərə 208 min manatdan artıq sığorta ödənişi həyata keçirilib. Bu ödənişlər 335 hektar əkin sahəsini əhatə edib, 3-cü şəxsin hərəkətləri ilə bağlı digər müraciətlərə baxılır.
Aqrar sığorta, ayrı-ayrı məhsulların sığorta qaydaları və şərtləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 18 iyul 2024

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun