Bayram mövsümü satışları ilk dəfə 1 trilyon dolları keçə bilər
ABŞ-da noyabr və dekabr aylarını əhatə edən bayram alış-verişi mövsümündə satışların ilk dəfə 1 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.
Biznes.az xəbər verir ki, Milli Pərakəndə Federasiyası (NRF) bu dövrdə satışların 3,7–4,2% artaraq 1,01–1,02 trilyon dollar səviyyəsinə çatacağını bildirib. Ötən ilin eyni dövründə isə satışlar 4,3% artaraq 976,1 milyard dollar təşkil etmişdi.
Bayram mövsümü "Şükran Günü", "Black Friday", "Cyber Monday" və Milad kimi iri alış-veriş günlərini əhatə edir və pərakəndə şirkətlərin illik gəlirlərində mühüm paya malikdir. Bununla yanaşı, davam edən inflyasiya, Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının təsirləri və federal hökumətin fəaliyyətinin dayandırılması riski istehlakçı inamını zəiflədir.
NRF-in baş icraçı direktoru Metyu Şey bildirib:
"Amerikalı istehlakçılar ehtiyatlı olsalar da, ümumilikdə güclü mövqelərini qoruyurlar".
Baş iqtisadçı Mark Metyus isə aşağı gəlirli istehlakçıların xərclərini məcburi ehtiyaclara yönəltdiyini qeyd edib:
"İstirahət, səyahət və restoran xərclərini azaldıblar, amma məhsul alışlarını davam etdirirlər".
"Tapestry" kimi bəzi şirkətlər bu il daha zəif bayram mövsümü gözlədiklərini açıqlayıb. Metyus istehlakçı davranışlarının endirimlərə fokuslandığını vurğulayıb:
"Alıcılar hazırda kampaniyalar axtarır. Pərakəndəçilər rəqabətdə qalmaq üçün bəzən gəlirlərindən imtina etməli olurlar".
NRF bu mövsüm 265–365 min arası mövsümi işçinin işə götürüləcəyini proqnozlaşdırır. Bu göstərici ötən il qeydə alınan 442 min nəfərdən aşağı olmaqla əmək bazarında yavaşlama siqnalları verir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?