"Best Managed Companies Azerbaijan 2026" layihəsinin qala gecəsi keçirildi

®PAŞA Bank və Deloitte Private tərəfindən təşkil edilən "Best Managed Companies Azerbaijan 2026" mükafatlandırma mərasiminin qala gecəsi keçirilib.
20 may 2026-cı il tarixində Bakıda baş tutan mərasimdə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və PAŞA Holding-in makroiqtisadi tədqiqatlar departamentinin direktoru Elman Eminov natiq qismində çıxış ediblər.
Cavid Quliyev bildirib ki, "PAŞA Bank olaraq biz artıq beşinci ildir ki, "Best Managed Companies" layihəsinin tərəfdaşıyıq. Çünki inanırıq ki, güclü iqtisadiyyat ilk növbədə güclü idarə olunan şirkətlər üzərində qurulur. Bu illər ərzində bir məqamı xüsusilə müşahidə etmişik: uğurlu şirkətlər təsadüf nəticəsində yaranmır. Onlar sistemli idarəetmə, maliyyə intizamı, insan kapitalına yatırım və uzunmüddətli baxış nəticəsində formalaşır".
Quliyev nitqində həmçinin bildirib ki, "Best Managed Companies" proqramı biznes mükəmməlliyini, strateji idarəetməni və davamlı inkişafı əsas meyar kimi qəbul edən beynəlxalq standartlara əsaslanan müstəqil qiymətləndirmə platformasıdır.
Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov qeyd edib ki, "bu il "Best Managed Companies Azerbaijan" proqramının ölkəmizdə beş illiyini qeyd edirik. Bu müddət ərzində proqram yalnız şirkətlərin nailiyyətlərini qiymətləndirən platforma olmaqla kifayətlənməyib, eyni zamanda Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin inkişafına töhfə verən mühüm təşəbbüsə çevrilib. Bu gün qalib olan şirkətlər bir daha göstərirlər ki, güclü liderlik, strateji baxış və dayanıqlı idarəetmə prinsipləri uzunmüddətli uğurun əsasını təşkil edir. Deloitte olaraq, Azərbaycan biznes ekosistemində bu dəyərlərin təşviqinə bundan sonra da dəstək verməyə davam edəcəyik".
Qeyd edək ki, bu il keçirilən müsabiqənin qalibləri Araz Supermarket, Azərsun Holdinq və CityNet şirkətləri olub.
"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin sponsoru PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə "Best Managed Companies Azerbaijan" tituluna layiq görülüb. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Cement (iki dəfə qalib), Səba, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin. / banker.az

Banklar     Tarix: 23 may 2026

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq