Beynəlxalq maliyyə təşkilatları yenidən "Bank Respublika"nı seçdi
®Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında növbəti iri həcmli kredit sazişi imzalanıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 4 il müddətinə 25 milyon ABŞ dolları məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə aqro, mikro, kiçik və orta müəssisələrin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək.
Bu sazişin imzalanması – beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.
Bank Respublika – geniş regional xidmət şəbəkəsinə malik ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu gün bankın beynəlxalq tərəfdaşlarına dünya üzrə 30-dan çox maliyyə institutu daxildir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



/ banker.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Bitcoin necə işləyir?
Biznes nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri