Beynəlxalq reytinq agentliyi "Expressbank"ın vəziyyətinə "Stabil" qiymətini verdi

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli emitent defoltu reytinqini (IDR) "B+" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz "Stabil" saxlanılıb.
Marja.az "Fitch Ratings"ə istinadən xəbər verir ki, bankın maliyyə dayanıqlılığı reytinqi (VR) də "b+" səviyyəsində təsdiqlənib.
Agentliyin qiymətləndirməsinə görə, aktivlərin keyfiyyəti və kapitallaşma başda olmaqla, bankın sağlam maliyyə göstəricilərinə malik olması reytinqi dəstəkləyir.
Bununla yanaşı, reytinq "Expressbank"ın müstəqil kredit qabiliyyətinə əsaslanır. Bankın bazardakı payının kiçik olması, qiymət formalaşdırmaq imkanlarının məhdudluğu, yüksək xərc bazası və sektor üzrə orta göstəricidən yüksək maliyyələşmə xərcləri reytinqi məhdudlaşdıran amillərdir.
Azərbaycanda bankların fəaliyyət mühiti daha yüksək qiymətləndirilib
"Fitch" Azərbaycan bankları üçün fəaliyyət mühiti üzrə qiymətləndirməni "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib, proqnozu isə "Stabil" saxlayıb.
Agentlik bu qərarı tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə əlaqələndirib. Bildirilib ki, bu dəyişikliklər bank sektorunun iqtisadi tsikllərdən qaynaqlanan təzyiqlərə davamlılığını gücləndirməlidir.
Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili, eləcə də makroiqtisadi sabitliyə göstərilən dövlət dəstəyi nəzərə alınıb. Nəticədə bankların fəaliyyət mühiti göstəricisi ilə Azərbaycanın "BBB- / Stabil" suveren reytinqi arasındakı fərq azalıb.
"Fitch" Azərbaycan iqtisadiyyatının tsiklik xüsusiyyətlərinə baxmayaraq, ölkənin bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam qalacağını gözləyir.
Bank sektorunda payı 1 faizdir
"Expressbank" özəl bankdır və 2026-cı ilin birinci rübünün sonuna ölkənin bank sektorunun aktivləri və depozitlərinin hər birində 1 faiz paya malik olub. Bankın pərakəndə kreditlər bazarındakı payı isə 2 faiz təşkil edib.
"Expressbank" universal biznes modeli ilə fəaliyyət göstərsə də, əsas diqqəti pərakəndə kreditləşməyə yönəldib. 2026-cı ilin birinci yarısının sonuna pərakəndə kreditlər bankın ümumi kredit portfelinin 63 faizini təşkil edib.
Bank, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi ilə məşğuldur.
Daha gəlirli kreditlərə üstünlük verilir
"Fitch" qeyd edib ki, "Expressbank" son dövrdə daha yüksək gəlirlilik təmin edən, lakin risk səviyyəsi də yüksək olan təminatsız istehlak və mikro biznes kreditlərinə üstünlük verib. Bu strategiya 2024–2025-ci illərdə kredit riskinin maya dəyərinin yüksəlməsinə səbəb olub. Bununla belə, borcalanlar üzrə təmərküzləşmənin aşağı və kredit portfelinin dollarlaşmasının sıfıra yaxın olması riskləri qismən azaldır.
"Expressbank"ın kredit portfelinin artım tempi 2024-cü ildəki 22 faizdən 2025-ci ildə 8 faizə enib. Bu, bank sektorunda müşahidə olunan ümumi tendensiyaya uyğun olub. "Fitch" 2026-cı ildə kredit portfelinin təxminən 10 faiz artacağını gözləyir.
Problemli kreditlərin payı iki dəfədən çox artıb
Bankın üçüncü mərhələyə aid problemli kreditlərinin ümumi kredit portfelində payı 2024-cü ilin sonundakı 1,2 faizdən 2025-ci ilin sonunda 2,5 faizə yüksəlib. Beləliklə, problemli kreditlərin xüsusi çəkisi bir il ərzində iki dəfədən çox artıb. Bu dinamika kredit portfelinin artım tempinin zəifləməsi və müəyyən kreditlərin balansdan silinməsi fonunda qeydə alınıb. 2025-ci ildə silinmiş kreditlər orta ümumi kredit portfelinin 0,8 faizinə bərabər olub. Yeni problemli kreditlər əsasən təminatsız pərakəndə kreditlər və kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş biznes kreditləri hesabına formalaşıb.
Problemli kreditlərin xüsusi ehtiyatlarla təmin olunma səviyyəsi 2024-cü ilin sonundakı 44 faizdən 2025-ci ilin sonunda 29 faizə düşüb. "Fitch" azalmanı bankın problemli kreditlərin geri qaytarılması ilə bağlı gözləntilərinin yaxşılaşması ilə əlaqələndirib. Agentlik kredit portfeli "yetişdikcə" aktivlərin keyfiyyətinin 2026–2027-ci illərdə bir qədər də zəifləyəcəyini gözləyir. Üçüncü mərhələ kreditlərinin payının 3–3,5 faizə yüksələcəyi proqnozlaşdırılır.
Gəlirlilik üç il ardıcıl zəifləyib
"Expressbank"ın əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti 2023-cü ildəki 3,9 faizdən 2024-cü ildə 2,4 faizə, 2025-ci ildə isə 1,7 faizə düşüb.
Gəlirliliyin azalmasına tənzimləyici dəyişikliklərdən sonra depozit faizlərinin yüksəlməsi və bunun nəticəsində marjanın daralması təsir göstərib. Qeyri-faiz gəlirlərinin zəifləməsi və problemli kreditlər üzrə ehtiyat xərclərinin artması da əməliyyat mənfəətinə təzyiq yaradıb.
"Fitch" daha yüksək gəlir gətirən kredit seqmentlərində portfelin böyüməsi və kredit riskinin maya dəyərinin sabitləşməsi hesabına gəlirliliyin 2026–2027-ci illərdə qismən bərpa olunacağını gözləyir.
Agentliyin proqnozuna əsasən, əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti 2–2,5 faizədək yüksələ bilər. Bununla belə, yüksək maliyyələşmə xərcləri və aktivlərin keyfiyyətinin əlavə pisləşməsi gəlirlilik potensialını məhdudlaşdıra bilər.
Kapital əmsalı 20,6 faizə düşüb
"Expressbank"ın  əsas kapital əmsalı 2024-cü ilin sonundakı 23,4 faizdən 2025-ci ilin sonunda 20,6 faizə enib. Kapital göstəricisi 2022-ci ilin sonu ilə müqayisədə təxminən 12 faiz bəndi azalıb. "Fitch" bunu kredit portfelinin sürətli böyüməsi və prudensial hesabatlarda risklə ölçülmüş aktivlərin sıxlığının artması ilə izah edib.
Agentlik istehlak kreditlərinin portfeldə payının yüksəlməsi, həmin kreditlər üzrə risk çəkilərinin daha yüksək olması və iri dividend ödənişləri səbəbindən kapital buferinin 2026–2027-ci illərdə bir qədər də azalacağını gözləyir.
Buna baxmayaraq, baza ssenarisində əsas kapital əmsalının 19 faizdən yuxarı qalacağı proqnozlaşdırılır.
2026-cı ilin birinci yarısının sonuna müştəri hesabları "Expressbank"ın öhdəliklərinin 62 faizini təşkil edib. Bu vəsaitlərin əsas hissəsi fiziki şəxslərin depozitlərindən ibarətdir.
Bankın öhdəliklərinin 34 faizi isə institusional mənbələrdən cəlb edilmiş vəsaitlərin payına düşüb. Buraya əsasən dövlət inkişaf institutlarından alınmış aşağı faizli, uzunmüddətli kreditlər və qısamüddətli REPO öhdəlikləri daxildir.
Bankın likvidlik ehtiyatı qənaətbəxş qiymətləndirilib. Likvid aktivlər 2026-cı ilin birinci yarısının sonuna müştəri depozitlərinin təxminən 29 faizinə bərabər olub.
Reytinq hansı hallarda azaldıla bilər?
"Expressbank"ın aktivlərinin keyfiyyətində kəskin pisləşmə nəticəsində zərərə düşməsi və əsas kapital əmsalının davamlı şəkildə 15 faizdən aşağı enməsi reytinqin azaldılmasına səbəb ola bilər. Kredit portfelinin sürətlə böyüməsi və ya iri dividend ödənişləri nəticəsində kapital buferinin zəifləməsi də reytinq üçün mənfi amil hesab olunur.
Reytinqin yüksəldilməsi imkanları hazırda məhdud qiymətləndirilir. Bunun üçün "Expressbank" bazardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməli, aktivlərin sağlam keyfiyyətini və yüksək kapitallaşmanı qorumaqla davamlı yüksək gəlirliliyə qayıtmalıdır.
Bankın qısamüddətli emitent defoltu reytinqi "B", dövlət dəstəyi reytinqi isə "dəstək yoxdur" səviyyəsində təsdiqlənib. "Fitch" bunu Azərbaycan bank sektoruna dövlət dəstəyinin keçmişdə ardıcıl olmaması və "Expressbank"ın sistem əhəmiyyətinin məhdudluğu ilə əsaslandırıb.
"Fitch"in qiymətləndirməsi göstərir ki, "Expressbank"ın əsas üstünlüyü yüksək kapital buferidir. Əsas kapital əmsalının azalmasına baxmayaraq, onun 20 faizdən yüksək olması bankın potensial itkiləri qarşılamaq imkanlarını dəstəkləyir.
Əsas risk isə kredit portfelinin daha gəlirli, lakin riskli təminatsız istehlak və mikro biznes kreditləri hesabına böyüməsidir. Problemli kreditlərin payının 1,2 faizdən 2,5 faizə yüksəlməsi, ehtiyatlarla təminat səviyyəsinin 44 faizdən 29 faizə düşməsi və əməliyyat gəlirliliyinin üç il ardıcıl zəifləməsi diqqət tələb edən göstəricilərdir.
"Stabil" proqnoz "Fitch"in bu riskləri hazırkı mərhələdə idarəolunan hesab etdiyini göstərir. Bununla belə, bankın reytinqinin gələcək istiqaməti problemli kreditlərin dinamikasından, maliyyələşmə xərclərindən, gəlirliliyin bərpa sürətindən və kapital buferinin qorunmasından asılı olacaq.
XXX
Fitch Affirms Expressbank at B+; Outlook Stable
Fitch Ratings - London - 07 Aug 2026: Fitch Ratings has affirmed Expressbank Open Joint Stock Companys Long-Term Issuer Default Rating (IDR) at B+ with a Stable Outlook. Fitch has also affirmed the banks Viability Rating (VR) at b+. A full list of rating actions is below.
Key Rating Drivers
Expressbanks Long-Term IDR is driven by its standalone creditworthiness, as expressed by its b+ VR. The latter reflects the banks small franchise and limited pricing power, high cost base, and above-sector-average funding costs. It also factors in a record of healthy financial metrics, particularly for asset quality and capitalisation.
Improved Operating Environment: Fitch has revised its operating environment assessment for Azerbaijani banks to bb/stable from bb-‌/stable. The revision reflects tighter regulatory oversight and further progress in implementing a risk-based supervisory framework, which should strengthen the sectors resilience to cyclical pressures. The assessment also incorporates the sovereigns solid credit profile and support for macroeconomic stability, narrowing the gap between the operating environment score and the sovereign rating (BBB-/Stable). Fitch expects the banking sectors financial profile to remain sound in 2026-2027, despite the inherent cyclicality of the Azerbaijani economy.
Small Retail-Focused Bank: Expressbank is a privately owned bank, with a small 1% share of sector assets and deposits and 2% of sector retail loans at end-1Q26. The bank employs a universal business model and is focused on retail lending, which represented 63% of gross loans at end-1H26. It is complemented by micro, small and medium-sized enterprise (SME) financing.
Focus on Higher-Risk Lending: Expressbank has recently targeted more profitable, but higher-risk unsecured consumer and micro business lending. This led to a higher cost of risk in 2024-2025, although it is mitigated by low borrower concentrations and near-zero dollarisation. Loan expansion moderated to 8% in 2025 (2024: 22%), in line with the sector trend, and we expect it to be at about 10% in 2026.
Growing Impairments as Loans Season: The impaired loans ratio (Stage 3 loans under IFRS) increased to a still moderate 2.5% at end-2025 from 1.2% at end-2024, following some write-offs (0.8% of average gross loans in 2025) and slower loan growth. New impaired loans were mainly in the unsecured retail and SME business loan portfolios. Specific reserve coverage of impaired loans declined to a modest 29% at end-2025 from 44% at end-2024, reflecting the banks improved recovery assumptions. We expect asset quality to weaken moderately further in 2026-2027 as the loan book seasons, with the Stage 3 ratio likely to increase to 3%-3.5%.
Profitability to Stabilise: The banks operating profit declined further to 1.7% of risk-weighted assets (RWAs) in 2025 from 2.4% in 2024 and 3.9% in 2023, reflecting margin pressure following an increase in deposit interest rates driven by regulatory changes. Weaker non-interest income and higher loan impairment charges also weighed on operating profitability. We expect profitability to recover moderately to 2%-2.5% of RWAs in 2026-2027, supported by continued loan growth in higher-yielding segments and a stabilisation in the cost of risk, although upside could be constrained by still high funding costs and any further asset-quality deterioration.
High Capital Ratios: Expressbanks Fitch Core Capital (FCC) ratio was a high 20.6% at end-2025 (end-2024 23.4%), although down by about 12pp from end-2022 due to rapid loan growth and higher RWA density in regulatory accounts. We expect the banks capital buffer to decrease slightly over 2026-2027, due to a greater focus on consumer loans with higher risk-weights and large dividend payouts. However, the FCC ratio should remain above 19% in our base case.
Material Wholesale Funding: Customer accounts (predominantly from retail depositors) represented 62% of liabilities at end-1H26, while wholesale funds contributed 34%. The latter mostly comprises cheap, long-term loans from state development institutions and short-term repurchase obligations. The banks liquidity buffer is adequate, with liquid assets covering about 29% of customer deposits at end-1H26.
Rating Sensitivities
Factors that Could, Individually or Collectively, Lead to Negative Rating Action/Downgrade
The VR and IDR could be downgraded following severe asset-quality deterioration that results in loss-making performance and reduces the banks FCC ratio to below 15% on a sustained basis. Rapid lending growth or large dividend payouts eroding the banks capital buffer would also be negative for the ratings.
Factors that Could, Individually or Collectively, Lead to Positive Rating Action/Upgrade
The upside for Expressbanks VR and IDR is currently limited and would require a material strengthening of the banks limited franchise and the bank returning to consistently high profitability, while maintaining sound asset quality and high capitalisation.
OTHER DEBT AND ISSUER RATINGS: KEY RATING DRIVERS
The banks B Short-Term IDR is the only possible option for a Long-Term IDR in the B rating category.
Expressbanks Government Support Rating of no support (ns) reflects our view that state support is unlikely to be available to Azerbaijani banks, due to the authorities patchy record of support to the banking sector and the banks limited systemic importance.
OTHER DEBT AND ISSUER RATINGS: RATING SENSITIVITIES
The banks Short-Term IDR is sensitive to changes in its Long-Term IDR.
Upside for the Government Support Rating is currently limited and would require a substantial expansion of Expressbanks franchise, making it at least moderately systemically important, and a revision of the sovereigns propensity to support the banking sector.
VR ADJUSTMENTS
The asset quality score of b+ is below the bb category implied score due to the following adjustment reason: underwriting standards and growth (negative).
The earnings and profitability score of b+ is below the bb category implied score due to the following adjustment reason: earnings stability (negative).
The capitalisation and leverage score of b+ is below the bb category implied score due to the following adjustment reason: size of capital base (negative).

Banklar     Tarix: 08 avqust 2026

Oxşar xəbərlər

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək

"2026-cı il şirkət üçün mühüm transformasiya mərhələsi ilə başlayıb. Fevral ayında bir il davam edən CBS layihəsinin (Core Banking System - Əsas Bank Proqramı, təşkilatın əsas kredit və maliyyə əməliyyatlarını idar

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklə

Audit hesabatı problem yaratdı – lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İşgüzar Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub. Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb. Bunda

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind


iqtisadi xeberler valyuta kurslari kripto bu gunun xeberleri dollar mezenne