AMB və Nyu-York Federal Ehtiyat Bankı əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Nyu-York Federal Ehtiyat Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb:
"Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb".
"Tərəflər həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər", – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu, AMB ilə aparıcı beynəlxalq maliyyə institutları arasında davam edən əməkdaşlıq xəttinin növbəti mərhələsidir. Belə ki, 2025-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Nyu-York Federal Ehtiyat Sistemi də daxil olmaqla bir sıra aparıcı beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.
Həmin görüşlərdə Abu-Dabi Kommersiya Bankı, "Mizuho Bank", "UBS" və Nyu-York Federal Ehtiyat Sistemi ilə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun inkişaf perspektivləri və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mərkəzi Bank həmin görüşlərin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və strateji dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?