Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                   

Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                   ®Birbank müştəriləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il tarixləri arasında Birbank Star kartını əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər.
Kampaniya gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün əlavə üstünlüklər də yaradır. Belə ki, aktiv Birbank Star kartı olmayan və kampaniya müddətində yeni Birbank Star kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. Bununla yanaşı, Birbank Star kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə, Bir ekosisteminin partnyorlarında etdikləri ödənişlərə görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından faydalana bilərlər.
Birbank Star istifadəçilərə kredit vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini əlavə faiz yükü olmadan idarə etməyə imkan verir.
Birbank Star kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək mümkündür.
Kartın sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500 manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/psr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

PAŞA Bank 24–25 noyabr 2026-cı il tarixlərində keçirilən X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusuna həsr olunan forum bankların, tənzimləyici qurumların

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb

Azərbaycan Mərkəzi Bankında (AMB) informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin mütəxəssisləri ilə görüş keçirilib. xəbər verir ki, AMB sədri Taleh Kazımovun ekspertlərlə ilk görüşündə maliyyə sektorunun qarşılaşdığ

XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır

23–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində XalqKart sahibləri seçilmiş kateqoriyalar üzrə alış-veriş və xidmət ödənişlərinə görə 5% keşbek/Oil bonusu əldə edə biləcəklər. Kampaniya geyim, elektronika

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd

"Brand Credit BOKT" 15 illik yubileyini qeyd edib – FOTOLAR

"Brand Credit BOKT" MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkəti

Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmə

"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"Premium Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. xəbər verir ki, Şahin Nizaməddin oğlu Rzayev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da bankın İdarə Heyətinin tərkib

Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib

Ziraat Bank Azərbaycan 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) ənənəvi olaraq rəsmi tərəfdaş qismində iştirak edib. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı


iqtisadi xeberler kicik biznes bank faizleri biznes krediti telefonla pul qazanmaq