Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?

Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?Məlum olduğu kimi, bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası avqustun 1-dən etibarən ölkədə bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilməsi ilə məsələyə aydınlıq gətirib.
Ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur.
Açıqlamada qeyd olunub ki, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir.
Bəs bu proses necə tənzimlənəcək? Kartdan-karta mədaxil əməliyyatları zamanı tərəflərin qohum olması necə müəyyən olunacaq?
ABA-nın Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, bu halda əməliyyatlar təhlil olunacaq: "Bank əməliyyatın sağlam xarakter daşımasını, risk əsaslı, ticarət xarakterli olub-olmamasını müəyyən etdiyi kimi, eyni formatda da ödəniş sistemləri operatoru üzərindən müştəriyə müraciətində əməliyyatın hansı formatda baş verdiyini dəqiqləşdirəcək. Əməliyyat sağlam xarakterlidir, ailə üzvünə köçürmədirmi – bu, zəruri məlumatlar müştəridən alındıqdan sonra təyin edilə biləcək. Kartlar eyni hesabla bağlıdırsa, məsələn, mən özüm öz adıma, eyni hesabıma bağlı kartlar alıramsa, bu halda təyin etmək rahatdır. Hesab məndədir, müştəri də məndədir. Ancaq fərqli hesablar arasında bunu texniki baxımdan ilkin mərhələdə müəyyən etmək mümkün deyil. Çünki onda qohum və ya yaxın olması yazılmır. Bu, o halda olur ki, bank onun təhlilini aparır, zəruri məlumatları müştəridən alır, ondan sonra müəyyənləşdirir".
T.Rüstəmovun sözlərinə görə, həmin mədaxil əməliyyatı müştərinin müraciətindən sonra araşdırılaraq limitə daxil edilməyə bilər: "Tərəflərdən köçürmə zamanı qohumluq əlaqələrinə dair hər hansı bir məlumat tələb olunmur. Bu bizdə də, dünyanın hər hansı ölkəsində də belədir. Bu, kartdan-karta əməliyyatıdır və yaxud da ki, kartla ödənişdir. Orada qohumluq əlaqələrinə dair məlumat getmir. Əməliyyat icra olunandan sonra problem çıxdığı halda, kiminsə banka yaxınlaşması bildirəcək ki, bu, mütəmadi istifadə elədiyi kartıdır, öz qohumudur və yaxud da övladıdır. Həmin zəruri informasiya təsdiqlənəndən sonra bu müəyyən olunacaq". / banker.az

Banklar     Tarix: 04 avqust 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu