"Moody’s": Azərbaycanın bank sistemi streslərə tab gətirmək üçün yüksək likvidliyə malikdir

"Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda islahatlarla bağlı müsbət dinamikanın sistem risklərinin azalmasına, aktivlərin keyfiyyətinin yaxşılaşmasına və bankların mümkün zərərləri udmaq qabiliyyətinin yüksəlməsinə kömək etdiyini qeyd edir.
"Moody"s Ratings"in məlumatına əsasən, Azərbaycan prudensial tənzimləməni və beynəlxalq standartların tətbiqini fəal şəkildə gücləndirir.
Xüsusilə ölkədə artıq Bazel III çərçivəsində yeni kapital buferləri tətbiq edilib, bank sisteminin 2027-ci il yanvarın 1-dən etibarən Bazel III standartlarına tam uyğunluğuna nail olması gözlənilir.
"Mərkəzi Asiya və Cənubi Qafqazda, o cümlədən Qazaxıstan (Baa1, sabit), Azərbaycan (Baa3, müsbət), Gürcüstan (Ba2, sabit), Ermənistan (Ba3, müsbət), Özbəkistan (Ba2, sabit), Tacikistan (B2, sabit) və Qırğızıstanda (B3, müsbət) bank tənzimləyiciləri beynəlxalq standartlara keçid etdikcə nəzarət bazalarını və prudensial tənzimləməni gücləndirir. Bu, kredit reytinqlərinə müsbət təsir göstərir, çünki onlar kreditlərin keyfiyyətinin yaxşılaşmasına, zərərin udulması potensialının güclənməsinə və sistem riskinin tədricən azalmasına kömək edəcək. Tənzimləmə sahəsində sərtləşdirmələrin davam edəcəyi ehtimal olunur, lakin zəif institusional potensial, icra zamanı mövcud boşluqlar və qanunun aliliyi sahəsindəki çatışmazlıqlar bəzi ölkələrdə tərəqqini hələ də ləngidir", – agentliyin analitikləri qeyd edirlər.
Moody"s qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı risk əsaslı nəzarət qaydaları tətbiq edir və kapital buferinə dair tələbləri artırır. Daha yüksək kapital tələbləri Azərbaycan banklarının ödəmə qabiliyyətini gücləndirib.
Agentliyin məlumatına görə, Azərbaycanın bank sektorunda aktivlərin keyfiyyət və zərərlərin udulması göstəriciləri 2019-cu illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Kreditlərin ümumi həcmində problemli kreditlərin (Stage 3 + POCI) payı 2019-cu ildəki təxminən 14-15 % səviyyəsindən 2025-ci ilin sonuna təqribən 3-4 %-ə qədər azalıb, problemli kreditlərin maddi ümumi kapitala və rezervlərə (TCE + LLR) nisbəti isə 2019-cu ildəki 40 %-dən çox səviyyədən 2025-ci ilin sonuna 10 %-dən aşağı səviyyəyə qədər azalıb.
"Ölkənin bank sistemi stress vəziyyətlərinə tab gətirmək üçün kifayət qədər likvidlik səviyyəsini qoruyub saxlayır", – "Moody"s" qeyd edir.
Eyni zamanda, agentliyin analitikləri qeyd edirlər ki, FSAP (Beynəlxalq Valyuta Fondu və Dünya Bankının maliyyə sektorunun qiymətləndirilməsi proqramı) proqramının qiymətləndirmələrinə əsasən, Azərbaycanın tənzimləyici mühitində təkmilləşdirilməli zonalar qalmaqdadır. Onlara tənzimləyicinin müstəqilliyinin gücləndirilməsi, konsolidə edilmiş nəzarətin inkişafı, antiböhran idarəetməsi və digər mexanizmlərin təkmilləşdirilməsi daxildir.
"Moody"s" həmçinin dövlətin iqtisadiyyatda yüksək səviyyədə iştirakını vurğulayır ki, bu da korporativ idarəetməyə xüsusi diqqət yetirilməsini tələb edir.
Bununla belə, "Moody"s" cari institusional təkmilləşmələrin dəstəyi ilə Özbəkistan və Azərbaycanın Qazaxıstan, Ermənistan və Gürcüstan kimi regional analoqları ilə yaxınlaşacağını, bunun isə gələcəkdə kapitallaşmanın, idarəetmənin və risk-menecmentin gücləndirilməsi hesabına Azərbaycan banklarının müstəqil kredit qabiliyyətini dəstəkləyəcəyii gözləyir. / banker.az

Banklar     Tarix: 07 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler kripto biznes qurmaq dollar məzənnəsi bitcoin qiymeti