Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər

Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər2026-cı ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunun sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edib.
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektoru yüksək izafi likvidlik şəraitində fəaliyyətini davam etdirir. Məcburi ehtiyatlar nəzərə alınmadan sektorun struktur likvidliyi 6 milyard manat təşkil edir.
"Banklar Mərkəzi Bankın likvidliklə bağlı bütün tələblərini yerinə yetirir. Bu tələblər nəzərə alındıqdan sonra bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti qalır. Banklar bu vəsaitləri həm kapital bazarlarına, həm də kreditləşməyə yönəldə bilərlər", – Taleh Kazımov bildirib.
Depozit faizləri azalıb
AMB sədrinin sözlərinə görə, 2025-ci ilin iyun ayı ilə müqayisədə fiziki şəxslərdən yeni cəlb edilmiş depozitlər üzrə faiz dərəcələri 0,5 faiz bəndi azalıb. Hüquqi şəxslərin yeni depozitləri üzrə faiz dərəcələrində isə 0,3 faiz bəndi azalma qeydə alınıb.
Kredit faizlərində də enmə var
Eyni dövrdə fiziki şəxslərə yeni verilmiş kreditlər üzrə faiz dərəcələri 0,2 faiz bəndi, hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faizlər isə 0,3 faiz bəndi aşağı düşüb.
Taleh Kazımov bildirib ki, depozit və kredit faizlərinin azalması Mərkəzi Bankın əvvəlki qərarlarının maliyyə bazarına ötürülməsini göstərir.
AMB 2025-ci il ərzində uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi aşağı salıb. Mərkəzi Bank sədrinin sözlərinə görə, bu yumşalma bankların depozit və kredit faizlərinə də azaldıcı təsir göstərib.
AZIR uçot dərəcəsinə yaxın idarə olunur
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın pul siyasətində əsas istinad göstəricilərindən biri AZIR – Azərbaycan Banklararası Faiz Dərəcəsidir. AZIR göstəricisi Mərkəzi Bankın uçot dərəcəsi ətrafında idarə olunur. Bu, pul siyasəti qərarlarının banklararası bazara və sonrakı mərhələdə depozit və kredit faizlərinə ötürülməsi baxımından əsas göstəricilərdən hesab edilir.

Banklar     Tarix: 01 avqust 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu