Tanınmış bankın idarəetmə orqanları ilə bağlı növbədənkənar yığıncaq keçirəcək
"Unibank Kommersiya Bankı" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağını keçirəcək.
Marja.az Bankın məlumatına istinadən xəbər verir ki, yığıncaq 8 sentyabr 2026-cı il tarixində saat 15:00-da təşkil olunacaq.
Yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisindən müvafiq telekommunikasiya vasitələri ilə məsafədən keçiriləcək.
Açıqlamaya görə, yığıncağın gündəliyinə "Unibank"ın təşkilati fəaliyyəti, o cümlədən Bankın idarəetmə orqanları ilə bağlı məsələlərin müzakirəsi daxil edilib.
Səhmdarlar gündəliyə daxil edilmiş məsələlər üzrə materiallarla Bankın Baş Ofisində Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Yığıncaqda səhmdarın əvəzinə nümayəndə iştirak edəcəyi halda, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş etibarnamə toplantının keçiriləcəyi tarixədək Banka təqdim olunmalıdır.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?