Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib

Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilibAzərbayanda dövlət güzəşti ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır. Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatına inəklərin tələf olması üzrə sığorta ödənişi həyata keçirib. Sumqayıt şəhərinin "Yaşıl dərə" adlanan ərazisində fəaliyyət göstərən "Qızıl Torpaq-Kəndli Fermer" MMC-nin heyvandarlıq təsərrüfatında 60-dan artıq "Holstein" və "Simmental" cinsli inək bəslənilir. Təsərrüfatda heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb, onlara baytarlıq tələblərinə uyğun qulluq göstərilir. Təsərrüfatdakı bütün cins inəklər Aqrar Sığorta Fondunda sığortalanıb. Bir müddət əvvəl yoluxucu xəstəlik nəticəsində təsərrüfatda 2 baş inək tələf olub. Baş vermiş hadisə üzrə Aqrar Sığorta Fondu tərəfindən hər bir inəyə görə 4 500 manat olmaqla, ümumilikdə 9 000 manat sığorta ödənişi həyata keçirilib.
Qeyd edək ki, təsərrüfatda qiyməti 5000 manat olan inəklərin hər birinin illik sığortası fermerə cəmi 192 manata başa gəlib. Bu, inəyin qiymətinin cəmi 3,9%-i deməkdir. İnəklərin tələf olması nəticəsində həyata keçirilən sığorta ödənişi isə sığorta haqqından qat-qat yüksək olub. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qızıl Torpaq-Kəndli Fermer" MMC təsərrüfatının nümayəndələri aqrar sığorta mexanizmindən razı qaldıqlarını ifadə ediblər. Fermerlər digər təsərrüfat sahiblərinə də heyvanlarını sığortalamağı tövsiyə edirlər.
Xatırladaq ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, otdan və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan sığortalayır. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 04 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq bitkoin emlak xeberleri