Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?

Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Muğanbank" ASC-nin lisenziyası ləğv olunub. Mərkəzi Bankın açıqlamasından belə çıxır ki, "Muğanbank"ın məcmu kapitalı 50 milyon mantdan aşağı düşüb.
Marja.az-ın məlumatına görə, bir neçə gün öncə "Muğanbank" ASC 2023-cü ilin 9 ayının yekunları üzrə açıqladığı maliyyə göstəricilərində məcmu kapitalının 142 milyon 224 min manat olduğunu bəyan etmişdi. Bu məbləğ Mərkəzi Bankın minimal tələbindən (50 milyon manat) 2,8 dəfə çoxdur.
Eyni zamanda "Muğanbank"maliyyə hesabatında məcmu kapitalının adekvatlıq əmsalının 21,81% təşkil etdiyini qeyd etmişdi ki, bu da minimal norma olan 10%-dən 2 dəfə yüksəkdir. 
Mərkəzi Bank 6 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank"ın lisenziyasını ləğv edərkən, bu bankın da məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan aşağı olduğunu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğunu bildirmişdi. Halbuki, həmin dövr üzrə "Günay Bank" maliyyə hesabatlarında məcmu kapitalının 64 milyon 32 min manat olduğunu göstərmişdi. Bu məbləğ də, minimal tələb olan 50 milyon manatdan çox idi. Həmçinin "Günay Bank" məcmu kapitalının adekvatlıq əmsalının 29,83% təşkil etdiyini bəyan etmişdi.
Göründüyü kimi, Mərkəzi Bankın kommersiya banklarının lisenziyalarını ləğv edərkən açıqladığı məlumatlar bankların maliyyə hesabatlarındakı göstəricilər ilə üst-üstə düşümür. Bu vəziyyət əhali və biznesdə bəzi bankların da maliyyə göstəricilərinin saxta olduğu barədə şübhələr yaradır. Sual olunur ki, kommersiya banklarını yoxlayan Mərkəzi Bankda kimlərsə bu göstəricilərə göz yumur? Yoxsa bəzi özəl banklar müəyyən üsullar ilə Mərkəzi Bankı inandıra bilirlər? Bankların məcmu kapitallarını minimal tələbdən böyük məbləğdə bəyan etmələri, ardınca isə Mərkəzi Bankın həmin bankların kapitalının minimal tələbdən az olduğunu bildirməsi bank sektoruna olan inama mənfi təsir edir. 
Digər bir ehtimal "Muğanbank"ın vəziyyətinin sentyabr ayında daha da ağırlaşması ola bilər. 
MAYDA MƏRKƏZİ BANKIN SƏDRİ BƏZİ BANKLARDA PROBLEM OLDUĞUNA İŞARƏ ETMİŞDİ
Bu ilin May ayında Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirmişdi ki, "Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var":
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək".
İYULDA İSƏ "HAZIRDA CİDDİ PROBLEMİ OLAN BANK YOXDUR" AÇIQLAMASINI ETMİŞDİ
İyul ayında isə Mərkəzi Bankın sədri keçirdiyi mətbuat konfransında bəzi ekspertlərin "bir neçə bank bağlanacaq" açıqlamalarına münasibət bildirərkən demişdi:
"Mən fərziyələri şərh etmirəm. Əgər hansısa ekspert hansısa bankın bağlanacağını deyirsə, fakt göstərməli, iddiasını əsaslandırmalıdır".
Taleh Kazımov bildirmişdi ki, Mərkəzi Bankın əsas mandatı maliyyə sabitliyinin təmin edilməsidir: "Maliyyə sektoru sabit inkişaf etsin, iqtisadi artıma dəstəyi təmin etsin, həm də kreditorların hüquqları qorunsun"
Taleh Kazımov əlavə etmişdi ki, hansı maliyyə institutu (bank - red) maliyyə sabitliyinə xələl gətirirsə Mərkəzi Bank müvafiq tədbirlər görür: "İlk öncə onunla maarifləndirmə işləri aparırıq. Əgər hansısa bankın səhmdarı problemi həll edə bilmirsə, lisenziyanın ləğv edilməsi barədə qərar qəbul edilir. Hazırda ciddi problemi olan bank yoxdur. Maliyyə sektorumuz dayanıqlıdır. Hazırda biz maliyyə sektorunda ciddi risklər görmürük". 
Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?

Banklar     Tarix: 19 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri bitcoin rubl mezenne telefonla pul qazanmaq