"Binance" işçilərini ixtisar edir və bazar payını itirir
"Binance" kriptobirjası bir neçə aydır düşdüyü çətin vəziyyətə görə işçilərini ixtisar etməyə başlayıb. İxtisarların həcmi hələ məlum deyil, lakin hələ mart ayında şirkət əlavə 500 yeni işçi işə götürmək niyyətində idi.
Ekspertlər bunu Şimali Amerika tənzimləyicilərinin bir neçə araşdırmasından sonra başlayan problemlərlə əlaqələndirirlər. "Financial Times"ın məlumatına görə, bu araşdırmalar sayəsində bu birjanın bütün kriptovalyuta ticarətində bazar payı son üç ayda 57.5%-dən 43%-ə qədər azalıb.
Mart ayında ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) "Binance" və onun təsisçisi və baş direktoru Changpeng Zhaoya qarşı iddia qaldırıb. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir. Bundan sonra istifadəçilər cəmi bir həftə ərzində birjadan 2.1 milyard dollar çıxarıblar.
Bildirilir ki, Kanada tənzimləyiciləri araşdırmanın başlanması barədə bildirişi mayın 10-da birjaya verib. / banker.az
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58