"Binance" kriptobirjası Britaniyadan gedib
"Binance Group" fəaliyyətsiz törəmə şirkəti "Binance Markets Limited"i ləğv etmək üçün Böyük Britaniyanın maliyyə tənzimləyicisinə müraciət edib. Ərizə tənzimləyici tərəfindən təsdiqlənib.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
Böyük Britaniyanın maliyyə tənzimləyicisi (Financial Conduct Authority) "Binance" kriptovalyuta birjasının törəmə şirkəti olan "Binance Markets Limited" şirkətinin qeydiyyatını rəsmi olaraq ləğv edib. Bunu tənzimləyicinin saytındakı məlumatlar sübut edir.
Böyük Britaniyanın əsas maliyyə tənzimləyicisi "Binance"nin tələbi ilə kriptovalyuta birjasının törəmə şirkətinə verilmiş bir neçə lisenziyanı ləğv edib. Bu, heç bir şəkildə əməliyyatlara təsir etməyəcək, çünki şirkət heç vaxt Böyük Britaniyada fəaliyyət göstərməyib.
"Binance"nin Böyük Britaniya və Avropada inkişaf üzrə meneceri İlir Laroya görə, şirkətin Avropada hələ də Fransa, İtaliya, İspaniya, Polşa və İsveç də daxil olmaqla beş tənzimlənən qurumu var. Nəşrin məlumatına görə, bu barədə Laro "Twitter"də yazıb.
İyun ayında "Binance" maliyyə və mübadilə fəaliyyətini həyata keçirmək üçün lisenziyadan məhrum edildiyinə görə Hollandiya bazarından geri çəkilmək məcburiyyətində qaldığını açıqlayıb. İyulun 17-dən sonra yerli müştərilər platformada depozit qoya və ticarət edə bilməyəcəklər.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Elon Musk kimdir?
Swift nədir?
İlon Mask kimdir?
Bitcoin nədir?
Kriptovalyuta nədir və necə alınır?