"Binance" kriptobirjası həftə ərzində $2 mlrd. itirib
Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" treyderlərin vəsaitlərinin kütləvi axını ilə üzləşib. "The Wall Street Journal" "Nansen" analitik şirkətinin məlumatlarına istinadən yazır ki, son bir həftə ərzində istifadəçilər birjadan 2.1 milyard dollar çıxarıblar. İstifadəçi vəsaitlərinin xaricə axını birjanın son vaxtlar yaşadığı problemlərlə bağlıdır.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Dünən, martın 28-də ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) "Binance", onun təsisçisi və baş direktoru Changpeng Zhao, həmçinin keçmiş top-menecer Samuel Limi məhkəməyə verib. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir.
"Nansen"in dediyinə görə, ABŞ tənzimləyicisinin məhkəmə iddiası ilə bağlı rəsmi açıqlamadan bir neçə saat əvvəl istifadəçilər birjadan 850 milyon dollar çıxarıblar. İddianın elanından sonra isə daha 240 milyon dollar. Sonuncu dəfə kütləvi vəsait axını dekabrın 13-də olub və 3 milyard dollar təşkil edib.
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"