"Binance" rusiyalılara dollar və avro alışını qadağan edib
"Binance" kriptobirjası rusiyalılara, eləcə də Rusiyada yaşayan hər hansı fiziki şəxslərə P2P xidməti vasitəsilə dollar və avro alqı-satqısını qadağan edib, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.
Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə uyğun olaraq qəbul edilib. Birja həmçinin Aİ vətəndaşlarına P2P vasitəsilə rubl almağı və satmağı qadağan edib.
"İstifadəçilər "Binance" P2P-dən istifadə etməyə davam etmək üçün digər mövcud fiat valyutalarını seçə bilərlər", – deyə kriptobirjanın nümayəndəsi əlavə edib.
Rusiyalılar Rusiya banklarının SWIFT-dən ayrılması səbəbindən xaricə pul köçürmələri üçün "Binance" və digər kriptovalyuta birjalarının P2P xidmətlərindən fəal şəkildə istifadə ediblər. Xidmət kriptovalyuta almağa və ya kripto pul kisələri arasında vəsait köçürməyə imkan verir.
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"