"Binance.US" dollar depozitlərinin qəbulunu dayandırıb

"Binance" kriptovalyuta birjasının Amerika şöbəsi dollarla depozit qəbulunu dayandırıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
"Müştərilərimizi və platformanı qorumaq üçün bu gündən dollar depozitlərini dayandırırıq və müştərilərə bank tərəfdaşlarımızın 13 iyun 2023-cü il tarixindən etibarən dollar vəsaitlərinin çıxarılması kanallarını dayandırmağa hazırlaşdıqları barədə xəbərdarlıq edirik", – mesajda deyilir.
Həmçinin qeyd olunur ki, birja öz fəaliyyətini müvəqqəti olaraq yalnız kriptovalyuta əməliyyatları ilə məhdudlaşdıracaq. "Binance.US" bu qərarı daha əvvəl "Binance" və onun baş direktoru Çanqpenq Zhaoya qarşı iddia qaldıran ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hərəkətləri ilə izah edib.
Mart ayında ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) "Binance" və onun təsisçisi və baş direktoru Çanqpenq Zhaoya qarşı iddia qaldırıb. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir. Bundan sonra istifadəçilər cəmi bir həftə ərzində birjadan 2.1 milyard dollar çıxarıblar.
Bildirilir ki, Kanada tənzimləyiciləri araşdırmanın başlanması barədə bildirişi mayın 10-da göndərib.

Kriptovalyuta     Tarix: 09 iyun 2023

Oxşar xəbərlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb. xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib. "Ethereum"u

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14


iqtisadi xeberler leobank kart pul qazanmaq dollar kursu biznes qurmaq