Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu®Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. "Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm".
"Kontakt Home"dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib: "Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır".
"iPhone 16 Pro" qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib: "Birbank tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın".
Qeyd edək ki, Bahar lotereyasında 45 nəfər "Bravo" marketdən 50 AZN-lik kupon, 25 nəfər "Kontakt Home"dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər "PAŞA Travel"dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər "Apple Watch Series 8", 4 nəfər "iPhone 16 Pro", 1 nəfər isə lotereyanın superprizi olan "Toyota Corolla" avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən   Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Birmarket-dən (Red: Umico 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini Birmarket olaraq davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı və istənilən Birbank taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanırdı.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz / banker.az

Banklar     Tarix: 03 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq