Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı 

Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı ®Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara Bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir. Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir. 
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsi
VÖEN
Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd
Prioritet istiqamətlər:
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
Kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
Logistik xidmət layihələrinin dəstəklənməsi;
Anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
Turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);
Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;
Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
Kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
Təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);
Tibb sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);
Bu unikal kredit imkanından yararlanmaqla mikro sahibkarlar öz bizneslərini inkişaf etdirə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəlləyişə nail ola bilərlər.
Əlavə məlumat üçün link:   
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.  / banker.az

Banklar     Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kripto bitcoin bitcoin qiymeti avtomobil xeberleri