Birjalarda investorların bir qədər ehtiyyatlı davrandıqları müşahidə olunur - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyyatlar Sisteminin bu gün keçiriləcək toplantısı öncəsi birjalarda investorların bir qədər ehtiyyatlı davrandıqları müşahidə olunur.
FED-in faiz dərəcələrini 0.25% artıracağına əmin olan investorların diqqəti, bunun sərtləşdirmə dövründə son faiz artımı olub-olmayacağına yönələcək. Bu səbəbdən də FED-in faiz qərarı ilə yanaşı, FED sədri Jerome Pavelin pul-kredit siyasəti ilə bağlı qiymətləndirmələri investorlar tərəfindən izləniləcək.
Qeyd edək ki, FED, yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün son 40 ildən çox müddətdə ən sürətli sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin mart ayından etibarən uçot dərəcələrini 500 baza bəndi artırdıqdan sonra ötən ay faiz artımını dayandırmışdı.
Makroiqtisadi məlumatlara gəldikdə isə dünən ABŞ-da "S&P Case-Shiller" Milli Ev Qiymətləri İndeksi may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0.5% azalıb.
ABŞ-da "Conference Board" İstehlakçı İnamı İndeksi iyul ayında 6.9 bənd artaraq 117 bəndə yüksələrək 2021-ci ilin iyul ayından bəri ən yüksək səviyyəni test edib.
Bu gün FED-in faiz qərarı ilə yanaşı Amerikanın tikinti sektoru və mənzil bazarına dair önəmli statistik rəqəmlər də birjaların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 101.30 bənd səviyyəsində qərarlaşan DXY-da "buğalar" qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat İnvestAZ investisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları