Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətKeçən həftə verilən açıqlamalara baxdığımızda həm Federal Ehtiyyatlar Sistemi, həm də Avropa Mərkəzi Bankının rəsmilərinin inflyasiyanın azaldılmasının zaman alacağı, ona görə də yüksək faiz dövrünün də uzun olmasının gərəkliliyi qənaətində olduğunu demək olar. Birjalar FED-in faiz artımını ECB-dən daha tez tamamlayacağını qiymətləndirsələr də, hər iki mərkəzi bankın erkən hərəkət etməyin nəticələrinin gecikmədən daha ağır olacağı fikrində həmfikir olduğu görünür.
Bu həftə cümə axşamı günü Amerikada açıqlanacaq ÜDM-in həcmi və ÜDM-də Qiymət İndeksi, həmçinin cümə günü dərc olunacaq şəxsi xərclərə dair göstəricilər dollar indeksində qiymətlərin formalaşmasında həlledici roll oynaya bilər.
Dollar indeksi isə 100.80 bənd səviyyəsindəki dəstək həddini qorusa da, fevralın əvvəlindəki kimi canlanma göstərə bilmir. İndeksdə 103.50 səviyyəsindəki müqavimət həddi qırılmadığı müddətcə eniş tendensiyası davam edə bilər. Artım tendensiyasının bərpası üçün ilk növbədə 103.50 bənd səviyyəsindəki psixoliji baryer qırılmalıdır. 
EUR
Avrozonada artımla açıqlanan inflyasiya göstəricilərindən sonra keçən həftə 1.1060 hədlərini test etdikdən sonra, mərkəzi bankların rəsmilərinin açıqlamaları fonunda 1.0920 səviyyəsinə geriləyən EUR/USD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən artım tendensiyasını bərpa edərək 1.1060 həddinə doğru hərəkət edir. "Buğalar" qiyməti bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 1.1200 hədlərinə kimi davam edə bilər.
Bu həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, həmçinin Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EUR/USD cütlüyündə tendensiyanın gedişatına ciddi təsir edə bilər.
GBP
Ötən həftə proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra artım tendensiyasını bərpa edən GBPUSD məzənnəsi cari ticarət həftəsinin ilk günündə yenidən 1.2480 hədlərinə yüksəlib. Dollar indeksi üzərində təzyiqlər davam edərsə, funt dollar qarşısında 1.26$-a kimi bahalaşa bilər. 
GOLD
Ötən həftənin sonu 1974$-a kimi ucuzlaşan qızıl bu səviyyədən dəstək alaraq yenidən bahalaşmağa başlayıb. Hazırda 1990$ hədlərində ticarət olunan qiymətli mütalın bir unsiya üzrə dəyəri 2000$ hədləri üzərində möhkəmlənə bilsə, artım tendensiyası 2032$, və 2052$-a kimi davam edə bilər.
Təhlil İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler investisiya bitcoin kripto bu gunun xeberleri