Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftə Amerikada, Avrozonda və Almaniyada proqnozların çox altında açıqlanan ÜDM göstəricisi, eləcə də, Almaniyada geriləyən inflyasiya göstəriciləri fonunda EUR/USD və GBP/USD məzənnələri həftəni müvafiq olaraq 1.10$ və 1.25$ hədlərinin üzərində bağladı.
Lakin cümə günü Amerikada mart ayı üçün şəxsi gəlir 0.3%, şəxsi istehlak xərcləri isə 0.1% artımla açıqlandı. Məlumatların ən əhəmiyyətli maddəsi olan istehlak xərclərinin baza indeksi (Core PCE) mart ayında 0.3% artıb. ABŞ-da inflyasiyanın yayıldığını göstərən məlumatlar həftənin son ticarət günü dollara bir qədər dəstək oldu.
Bu həftə FED-in faiz qərarı, Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də "NFP" DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı, Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Almaniyada və Avrozonada açıqlanacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən "ayılar" EUR/USD məzənnəsində qiymətləri 1.10$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası 1.08$-a kimi davam edə bilər.
GBP
Ötən həftəni 1.25$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər. 
GOLD
Cümə günü FED-in inflyasiya göstəricisi olaraq qəbul etdiyi Fərdi İstehlak Xərcləri və ərzaq və enerji məhsulları istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinin proqnozların üzərində açıqlanması fonunda qızılın unsiya üzrə qiyməti ucuzlaşaraq həftəni 1983$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə FED-in və AMB-nin faiz qərarları, Amerikada və Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, həmçinin Amerikada dərc olunacaq əmək bazarı xüsusilə də NFP, eləcə də Amerika, Avrozona və İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər.
Məlumat "İnvest-AZ" investisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 01 may 2023

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler investisiya bitcoin kripto bu gunun xeberleri