Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin çərşənbə və günü cümə günləri ABŞ-da proqnozların çox altında açıqlanan inflyasiya göstəricilərindən sonra dollar indeksi (DXY) həftəni psixolijo dəstək həddi hesab edilən 100 bənd səviyyəsinin altında tamamladı.
İnflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bu həftə çərşənbə axşamı günü Amerikada açıqlanacaq iyun ayı pərakəndə satış məlumatlarının avtomobil satışlarında canlanma və benzin satışlarında artım səbəbiylə 0.5% artacağı proqnozlaşdırılır ki, bu da istehlakçı tələbinin davamlı olaraq yüksək qaldığını göstərir.
İnvestorlar həmçinin tikinti üzrə icazələrin və yeni tikilən mənzillərin sayı, eləcə də cari ev satışları ilə bağlı məlumatlarla mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində durğun qalması gözlənilən regional istehsal fəaliyyətləri ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaq.
Ötən həftəni 99.90 bənd səviyyəsində başa vuran DXY-da qiymətlər 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
EUR
Ötən həftəni 1.1220 həddinin üzərində tamamlayan EURUSD məzənnəsində qiymətlər 1.12$-ın üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər. Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2750 həddindən dəstək alaraq 1.3140 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi və pərakəndə satış dövriyyəsinin həcminə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar. 
FOND BİRJALARI
İkinci rübün qazanc hesabat mövsümü gələn həftə ciddi şəkildə başlayacaq. 
"Tesla" bu il ABŞ fond bazarında dominantlıq edən kütləvi artım və texnologiya nəhənglərindən ilk olaraq çərşənbə günü ikinci rüb üzrə nəticələrini paylaşacaq.
"Tesla", "Apple", "Microsoft", "Alphabet", "Amazon", "NVIDIA Corporation" və "Meta Platforms" ilə birlikdə investorlar tərəfindən "Möhtəşəm Yeddilik" adlandırılan yeddi nəhəng şirkətin səhmləri bu il indiyədək 40% ilə 200% arasında dəyər qazanaraq "S&P 500"-dəki artımında əsas rol oynayıblar.
Rallinin digər sektorlara da yayıldığına dair əlamətlər var, lakin böyük qazanclar böyük qazanc gözləntiləri ilə gəlib. Beləliklə, "Tesla" və digər meqa-tutumlu şirkətlər bu rübdə uğursuzluğa düçar olarsa, bu, fond indekslərinə ciddi zərbə ola bilər.
Bir sıra digər böyük şirkətlər də gələn həftə öz gəlir hesabatını açıqlayacaqlar. Çərşənbə axşamı "Bank of America" və çərşənbə günü "Goldman Sachs" ilə bankların gəlir hesabatlarının dərci davam edəcək. Həmçinin "Johnson & Johnson", "Netflix" və "Philip Morris" də hesabatlarını yayımlayacaqlar.
Qeyd edək ki, bu həftə ərzində həmçinin Kanadada açıqlanacaq inflyasiya göstəricilər və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzində olacaq. / marja.az

Maliyyə     Tarix: 17 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler biznes ideyalari pul qazanmaq valyuta mezennesi internetden pul qazanmaq