Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətQlobal birjalar mərkəzi bankların açıqladığı faiz qərarlarından sonra keçən həftə ağır alış motivli tendensiya sərgiləməsi ilə yadda qaldı. 
Xatırladaq ki, keçən ilin mart ayından etibarən hər toplantısında uçot faiz dərəcəsini artıran ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ötən ay bu addımları dayandıraraq faiz dərəcələrini sabit saxlamışdı. 
İyul toplantısında FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) uçot dərəcəsini 25 baza bəndi artıraraq 5.25-5.50% aralığına çatdırdı və beləliklə, siyasət faizini 31 yanvar 2001-ci ildən bəri ən yüksək səviyyəyə qaldırdı. 
FOMC-un açıqlamasında bildirilib ki, son göstəricilər iqtisadi aktivliyin mülayim templə genişlənməsinə işarə edir və son aylarda iş yerlərində qazanclar güclü olub, işsizlik səviyyəsi aşağı səviyyədə qalıb, lakin inflyasiya hələ də yüksəkdir. 
FED sədri Jerom Pavelin mərkəzi bank rəsmilərinin artıq ABŞ-da resessiya proqnozlaşdırmadığını və inflyasiyanın yüksək iş yerləri itkisi olmadan 2% hədəfinə qayıtmaq şansının yüksək olduğunu bildirməsi investorların inamını artırıb. Sədr həmçinin FED-in gələcək iqtisadi məlumatları izləyəcəyini deyərək növbəti faiz artımını istisna etməyib.
İnflyasiyanın yenidən 2%-ə endirilməsi prosesində çox uzun bir yol olduğuna diqqət çəkən Pavel, inflyasiyanın 2025-ci ilə qədər 2%-ə düşəcəyini düşünmədiyini ifadə edib. 
Analitiklər, Pavelin məlumatlara sadiq qalmağı vurğulamasının investorları FED-in növbəti addımı ilə bağlı qərarsız buraxdığını qeyd edərək, FED-in iqtisadiyyatda artıq resessiya gözləmədiyini də xatırladıblar. 
Federal Ehtiyatlar Sisteminin sentyabr ayında faiz dərəcələrini növbəti dəfə 25 baza bəndi artırma ehtimalı 22%-ə yüksələrkən, dekabr ayı üçün faiz endirimi ehtimalları da öz aktuallığını qoruyur. 
Analitiklər bildiriblər ki, Pavelin resessiya gözlənilmədiyi və faiz endiriminin hələ də aktuallığını qoruması ilə bağlı açıqlamaları qlobal bazarlarda risk iştahını artırıb.
Ötən həftə Amerikada dərc olunan makroiqtisadi göstəricilərə gəldikdə, ABŞ-da açıqlanan aparıcı Satınalma Menecerləri İndeksinə (PMI) görə, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 52.4 bəndə düşərkən, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi proqnozları üstələyərək 49 bəndə yüksəlsə də 50 bənd həddinin altında qalıb.
Ölkədə "Conference Board" İstehlakçı Güvən İndeksi iyul ayında aylıq müqayisədə 6.9 bənd artaraq 117 bəndə yüksəlib. Beləliklə, məlumatlar yumşaq eniş düşüncələrini dəstəkləyərək 2021-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
ABŞ-da açıqlanan "S&P Case-Shiller" Milli Ev Qiymətləri İndeksi may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5% azalarkən, ölkənin 20 şəhərində mənzil qiymətləri indeksi illik olaraq 1.7% geriləyib.
Ötən həftənin son ticarət günü 102 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, yenidən 101.70 bənd səviyyəsinə kimi gerilədi və həftəni bu səviyyədə başa vurdu. 
Cari həftə ərzində isə Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də NFP göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.
EUR
Ötən həftə 1.0940 həddini test etdikdən sonra 1.10$ həddinin üzərinə yüksələrək həftəni 1.1020 səviyyəsində tamamlayan EUR/USD məzənnəsində qiymətlər 1.10$ səviyyənin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
Avropa Mərkəzi Bankının (AMB) sentyabr ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrinin yenidən artırılıb-artırılmayacağı ilə bağlı müzakirələr fonunda, Avrozonada iyul ayı inflyasiyası və ikinci rüb üçün ÜDM proqnozları bazar ertəsi açıqlanacaq.
ÜDM məlumatlarının ikinci rübdə blok iqtisadiyyatının böyüməyə qayıtdığını göstərəcəyi, inflyasiyanın isə yalnız bir qədər azalacağı proqnozlaşdırılır.
Avrozonada inflyasiya keçən ilin oktyabr ayında pik həddinə çatdıqdan sonra iki dəfə azalsa da, hələ də 5.5%-lik proqnoz ilə ECB-nin 2%-lik hədəfindən xeyli yuxarıdır.
Qeyd edək ki, ECB cümə axşamı günü faiz dərəcələrini tarixi zirvəyə qaldırdı, lakin mərkəzi bankının bəyanatından əlavə artımların olacağına dair məqam ixtisar edilib. Bu o deməkdir ki, qarşıdan gələn sentyabr iclasında növbəti faiz artımı istisna edilir.
ECB prezidenti Kristin Laqard, mərkəzi bank inflyasiyanı "qırmaqda" qərarlı olsa belə, bundan sonra nə baş verəcəyinin aydın olmadığını qeyd edib.
GBP
Dollar qarşısında ötən həftə 1.26700 hədlərindən dəstək görərək 1.2850 hədlərinə kimi bahalaşan GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarını diqqət mərkəzində saxlayacaqlar. 
Cümə axşamı günü BoE faiz dərəcələri ilə bağlı yekun iclasını keçirəcək və bazarlar, rəsmilərin iyun ayında 50 baza bəndi artımından sonra, bankın bu iclasda növbəti 0.25%-lik faiz artımına gedib-getməyəcəyi ilə bağlı fikir ayrılığına düşüb.
Qeyd edək ki, fevral ayından bəri İngiltərədə inflyasiya sürətlənməyib və geniş yayılmış qiymət təzyiqlərinin azalmağa başladığının əlamətləri var.
Bununla belə, iyun ayında 7.9% olan inflyasiya qlobal iqtisadiyyatlar arasında ən yüksək səviyyədədir və BoE-nin 2% hədəfindən xeyli yuxarıdır. Buna görə də, bank rəsmiləri sentyabr ayında yenidən artıma ehtiyac ola biləcəyini düşünərlərsə, bazarlar 50 baza bəndlik artım ehtimalını nəzərdən qaçırmamalıdır.
2021-ci ilin dekabrından bu yana ardıcıl 13 faiz artımına baxmayaraq, inflyasiya gözləniləndən daha yüksək olmağa davam etdiyindən, resessiya ehtimalını artıran BoE inflyasiya əyrisinin gerisində qaldığı üçün investorların tənqidinə məruz qalıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 31 iyul 2023

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler valyuta kurslari investisiya telefonla pul qazanmaq dollar manat kursu