Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətABŞ pərakəndə satış göstəricilərinin dərcindən sonra birjalarda risk iştahı artır. Bazarda ABŞ-da açıqlanan iqtisadi göstəricilər ilə yanaşı FED rəsmilərinin açıqlamaları da yaxından izlənilir. Son çıxış edən FED rəsmilərindən biri olan Rafael Bosticin sözlərinə görə, faiz dərəcəsinin azaldılması həddinə çatmaq üçün müəyyən vaxt lazımdır.
Yanvar ayında ABŞ-da pərakəndə satışların həcmindəki geriləmədən sonra proqnozların üzərində açıqlanan yüksək CPI göstəriciləri fonunda faiz endirimi ehtimalları azaldı. 
ABŞ-ın 10 illik istiqrazlarının faizi cümə axşamı günü iki baza bəndi azalaraq 4.23%-lə bağlansa da, cümə günü istiqrazların gəlirliliyi yenidən 4.25%-ə yüksəlib.
Yanvar ayında ABŞ-da pərakəndə satışlar gözləniləndən çox 0.8% azaldıqdan sonra, iyun ayında faiz dərəcəsinin endirilməsi ehtimalı svop bazarlarda tam olaraq qiymətləndirilib.
Qarşıdan gələn bayram həftəsində investorlar pul-kredit siyasətinin istiqaməti ilə bağlı yeni məlumatlar üçün FED-in son iclasının protokollarına baxacaqlar. 
FED Protokolları
Bayram səbəbiylə gələn həftə sakit olacaq iqtisadi təqvimdə çərşənbə günü FED-in son toplantısının protokolları ön plana çıxır.
FED rəsmiləri 30-31 yanvar tarixlərində keçirdikləri iclasda borclanma xərclərini dəyişməsələr də, mart ayında keçirdikləri görüşdə azalma ehtimalının aşağı olduğunu bildirdilər.
FED sədri Cerome Pavel də daxil olmaqla bir çox FED rəsmiləri inflyasiyanın FED-in 2%-lik hədəfinə doğru davamlı bir yolda olduğundan əmin olmaq üçün daha çox vaxt lazım olduğunu bildiriblər.
Bazarlar, güclü məşğulluq, ÜDM və inflyasiya məlumatlarından sonra faiz dərəcəsinin azaldılması ehtimallarını bir müddət ertələdikdən sonra iyun ayından başlayaraq bu il dörd dəfə 0.25%-lik faiz endirimi ediləcəyi proqnozlaşdırılır.
İnvestorlar həmçinin həftə ərzində Atlanta FED-in sədri Rafael Bostic, qubernatorlar Lisa Kuk və Kristofer Uoller və vitse-prezident Filip Ceferson da daxil olmaqla FED rəsmilərinin açıqlamalarını yaxından izləyəcəklər.
PMI məlumatları
Güclü əmək bazarına malik ABŞ iqtisadiyyatı davamlı olaraq yüksək qaldığı üçün qlobal tənəzzül ehtimalı ilə bağlı qorxular azalıb.
Çin iqtisadiyyatının resessiyaya uğraması və Almaniya iqtisadiyyatının bu il geriləməsi proqnozlaşdırılsa belə, cümə axşamı açıqlanacaq PMI məlumatları ABŞ xaricindəki mənzərənin o qədər də qaranlıq olmadığını göstərəcək.
Ən son ÜDM məlumatlarına görə, Avrozonada yanvar ayında sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) məlumatları son altı ayda ən yüksək səviyyəyə çatdı və daralma zonasında olsa da, keçən ilin sonunda resessiyadan qurtulmağı bacarıb. Almaniyanın 4-cü rübün ÜDM məlumatları və "Ifo" Biznes Mühiti İndeksi cümə günü açıqlanacaq. Qeyd edək ki, Almaniyada biznes əhval-ruhiyyəsi ötən ay yüksəlib.
Bu həftə iqtisadi təqvimə həmçinin mövcud ev satışları və işsizlik müavinatı üçün müraciətlər haqqında məlumatlar daxildir.
EUR 
Ardıcıl yeddinci həftədir avro dollar qarşısında ucuzlaşmaqda davam edir. Cari həftə ərzində açıqlanacaq Avrozonada və Almaniyada açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) hesabatları, AMB-nin son toplantısının protokollarının dərci, Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ)  göstəriciləri investorların diqqət mərkəzində olacaq. Təhlillərə əsasən, EURUSD məzənnəsində "ayılar"-ın üstünlüyü davam edə bilər. 1.0750$ səviyyəsinin aşağı qırılması ucuzlaşmanı dərinləşdirə bilər.
GBP
Digər major valyutalar kimi funtda da ucuzlaşma davam edir. Cari həftə ərzində İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri investorların diqqət mərkəzində olacaq. 
NEFT
Ötən həftəyə artımlarla başlayan "WTI" və "Brent" markalı neft həftənin son ticarət günündə bir qədər ucuzlaşıb və həftəlik şamlarını müvafiq olaraq, 78.55$ və 83.50$ səviyyələrində bağladı. Qeyri-müəyyənliyin davam etməsi fonunda bahalaşma davam edə bilər. 
XAU/USD
Ötən həftə ərzində dollar qarşısında kəskin ucuzlaşan 1984$ qədər ucuzlaşan qızıl, bu qiymətdən dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 2013$ səviyyəsində bağladı. Ehtimal olunur ki, 2000$ həddinin üzərində qaldığı müddətcə qızıl, bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 19 fevral 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin