Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin sonuna doğru ucuzlaşan dollar indeksi cari həftə ərzində də FED-in faiz dərəcələrini çox uzun müddət yüksək tutaraq iqtisadi böyüməyə zərər verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə ucuzlaşmağa davam edə bilər. Yüksək profilli şirkətlərdən qazanc hesabatları gözlənilir, eləcə də, resessiya qorxuları və geosiyasi risklərin birləşməsi fonunda neft qiymətlərinin qeyri-sabit qalacağı ehtimal edilir.
Bu həftə ərzində Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avstraliya Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada, Kanadada Ticarət Saldosu, Almaniyada və Türkiyədə  İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
ABŞ-dan iqtisadi göstəricilər, FED rəsmilərinin çıxışları
Ötən həftənin cümə günü dərc olunan iyul ayı üçün zəif əmək bazarı, xüsusilə də NFP hesabatı mümkün resessiya qorxularını artırdıqdan sonra gələn həftənin iqtisadi təqvimi nisbətən yüngül olacaq.
Təchizat İdarəetmə İnstitutu bazar ertəsi Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi hesabatını açıqlayacaq.
İnvestorlar cümə axşamı günü əmək bazarının vəziyyəti ilə bağlı yeni hesabat əldə edəcəklər və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayına dair hesabatın dərc ediləcəyi gözlənilir.
İnvestorlar, həmçinin Federal Ehtiyatlar Sisteminin keçən həftə faiz dərəcələrini sabit saxlamasına baxmayaraq, sentyabr ayında uçot dərəcəsinin endirilməsi yönündə  ehtimalların mövcudluğunu qoruması fonunda San Fransisko FED sədri Meri Deyli və Riçmond FED sədri Tomas Barkinin açıqlamalarını diqqətdə saxlayacaqlar.
Avstraliya Federal Ehtiyatlar Bankının (RBA) faiz qərarı
Ötən ay baza inflyasiyanın ikinci rübdə gözlənilmədən iki ilin ən aşağı səviyyəsinə düşdüyünü və birinci rübdə iqtisadi artım tempinin orta səviyyədə qaldığını göstərən məlumatlardan sonra RBA-nın çərşənbə axşamı keçirilən iclasında faiz dərəcələrini sabit saxlaması gözlənilir.
Bazar iştirakçıları mərkəzi bankların gələcəyə yönəlmiş təlimatlarına diqqət yetirəcəklər, bazarlar inflyasiya yavaşlamağa davam edərsə, faiz dərəcələrinin ilin sonuna qədər 70% ehtimalla azaldılacağına dair gözləntiləri qiymətləndirəcəklər.
EUR
Cari həftə ərzində Avrozonada və Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi eləcə də, Almaniyada İstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu, Sənaye İstehsalının Həcmi göstəriciləri dərc olunacaq. Analitiklər isə hər iki iqtisadiyyatda inflyasiyanın artım tempinin və iqtisadi artım sürətinin zəiflədiyini proqnozlaşdırırlar.
Ötən həftəyə 1.0855 səviyyəsində start verən EURUSD məzənnəsi ucuzlaşaraq 1.0780 həddini test etsə də, buradan dəstək görərək yenidən bahalaşdı və həftəlik şamını 1.09$ həddinin üzərində bağladı. 
"Buğalar" qiyməti 1.09$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Keçən həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz endirimindən sonra GBPUSD məzənnəsi ardıcıl 3-cü həftəni də enişlə tamamladı. Xatırladaq ki, BoE uçot faiz dərəcəsini 5.25%-dən 5.00%-ə kimi endirdi.
Ötən həftəyə 1.2850 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.29$-a kimi bahalaşsa da, faiz qərarından sonra kəskin ucuzlaşdı və həftəlik şamını 1.28$ səviyyəsində tamamladı. 
OİLUK
Cümə günü neft qiymətləri ABŞ və əsas neft idxalçısı Çindən gələn zəif iqtisadi məlumatların tələbin proqnozu ilə bağlı narahatlıqları artırması səbəbindən yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.
ABŞ-dan zəif əmək bazarı hesabatı və Çində istehsal fəaliyyətinin geriləməsi neft qiymətlərini ucuzlaşdırdı, çünki, qlobal iqtisadiyyatda yavaş bərpanın neft istehlakına təzyiq göstərməsi riski var.
Ardıcıl 3 həftədir ucuzlaşan "Brent" nefti (OİLUK) ötən həftəyə 81.50$ səviyyəsində başlasa da,  eniş tendensiyasını davam etdirdi və həftəni 78.20$-da başa vurdu.
Neft investorları həmçinin Livanın İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasının İsraillə münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu bildirdiyi Yaxın Şərqdəki prosesləri yaxından izləyirlər.
XAU/USD
Ötən həftə ərzində 2370$-a kimi ucuzlaşan qızıl, Amerikada proqnozların çox altında açıqlanan əmək bazarı göstəricilərindən sonra dollar indeksinin kəskin ucuzlaşması fonunda 2441$-a kimi bahalaşdı və həftəlik şamını burda bağladı.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 05 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu avtomobil xeberleri en son xeberler