Birjalarda son vəziyyət
EUR
Cümə axşamı açıqlanan statistik göstəricilərə əsasən ABŞ-da illik ÜDM göstəricisi cari ilin ikinci rübündə 0.6% azalıb. Amerika iqtisadiyyatının ikinci rübdə də geriləməsi texniki resessiya ehtimallarını daha da artırmış oldu. Nəticədə dollar indeksi 111 bənd hədlərinə qədər gerilədi. İndeksdəki geriləmə fonunda EURUSD 0.9800 səviyyəsinə yüksəldi.
GBP
İkinci rübdə ABŞ-da 0.6% geriləyən, İngiltərədə isə 4.4% artan ÜDM göstəricilərindən sonra GBPUSD məzənnəsi 1.1200 hədlərinə kimi yüksəldi. Dollar indeksində geriləmə davam edərsə, məzənnə 1.1285 hədlərinə kimi bahalaşa bilər.
Bu həftə Amerika, Avrozona və İngiltərədə açıqlanacaq sənaye, xidmət və tikinti sektorlarında biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
TRY
Ötən həftə 18.55 hədlərinə kimi yüksələn USDTRY məzənnəsi tarixi maksimumlarını yenilədi. Bu gün Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalardakı qiymətinin necə dəyişəcəyinə ciddi təsir edə bilər.
GOLD
ABŞ-da artan resessiya ehtimalları fonunda qızıl bahalaşır. Hazırda 1663$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1669$-ın üzərinə yüksəlsə, 1684$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?