Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftənin cümə axşamı ABŞ-da İstehlak Qiymətləri İndeksi proqnozların altında açıqlansa da, cümə günü dərc olunan istehsal qiymətlərində inflyasiya səviyyəsinin ehtimal ediləndən çox olduğu diqqət çəkdi. Bu dilemma qarşısında dollar indeksi (DXY) həftəni 103 bənd səviyyəsinin üzərində tamamladı.
İstehlak qiymətlərində inflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır. Lakin istehsal qiymətlərində inflyasiyanın artması isə investorlar arasında fikir ayrılığına səbəb olub.
Bu həftə çərşənbə axşamı günü Amerikada dərc olunacaq FOMC-un son toplantısının protokolları bu mövzuda bir sıra suallara aydınlıq gətirə bilər.
İnvestorlar həmçinin tikinti üzrə icazələrin və yeni tikilən mənzillərin sayı, eləcə də cari ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Filadelfiya FED-dən) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaq.
Ötən həftəni 103 bənd səviyyəsinin üzərində başa vuran DXY-da "Buğalar" qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. 
EUR.
Ötən həftəni 1.0940 həddlərində tamamlayan EURUSD məzənnəsində "ayılar" qiymətləri 1.09$ səviyyəsinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada açıqlanacaq inflyasiya və ÜDM-in həcminə dair göstəricilər avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2670 hədlərində başa vuran GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və əmək bazarına dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar. 
Cari ticarət həftəsi ərzində həmçinin Yaponiyada ÜDM-in həcmi, Kanadada İstehlak Qiymətləri İndeksi, İsveçrədə İstehsalatda inflyasiyanın səviyyəsi, Yeni Zelandiya Mərkəzi Bankının faiz qərarı, Almaniyada ZEW İqtisadi aktivlik indeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 14 avqust 2023

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler valyuta kurslari investisiya telefonla pul qazanmaq dollar manat kursu