Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə Amerikada proqnozlaşdırıldığı kimi zəifləyən inflyasiya rəqəmləri fonunda dollar major valyutalar qarşısında dəyər itirdi. Həftəyə 105.28 bənd səviyyəsində başlayan Dollar indeksi (DXY) həftəlik şamını 104.50 bənd səviyyəsində tamamladı. Cari həftə ərzində isə Avropa, İngiltərə, Yeni Zellandiya, İsveçrə mərkəzi bank sədrlərinin, Amerika maliyyə nazirini Cenet Yellenin çıxışları, Avropa Mərkəzi Bankının iclası və Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokolları birjalara yön verəcək. Həmçinin, Böyük Britaniyada, eləcə də, Kanadada İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri açıqlanacaq.
Sədrlərin çıxışları
Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞİnvestorlar bu həftə çərşənbə axşamı günü ABŞ maliyyə naziri Cennet Yellenin, İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çərşənbə axşamı və çərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın, cümə axşamı günü Yeni Zellandiya Mərkəzi Bankının (RBNZ) sədri Adriyan Orrun və nahayət cümə günü İsveçrə Mərkəzi Bankının (SNB) sədri Tomas Cordanın çıxışlarında qiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamət axtaracaqlar.
Ötən həftə Amerikada inflyasiyanın zəifləməsi FED-in nəhayət senyabr ayında ilk faiz endirimini reallaşdırıcağına dair ehtimalları 75%-ə qədər artırdıqdan sonra, bu həftə analoji addımların digər mərkəzi banklar tərəfindən nə vaxt atılacağına dair veriləcək mesajlar birjalarda tendensiyaların gedişində həlledici rol oynaya bilər.
Cari həftə ərzində Amerikada dərc olunacaq mənzil bazarında satışların həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (Səmaye PMİ) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (Xidmət PMİ) kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazar iştirakçıları həmçinin çərşənbə günü FOMC-un son toplantısının dərc olunacaq protokollarında Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.
EUR 
Ötən həftə "Big Figure" yaratması ilə yadda qalan EURUSD məzənnəsi həftəlik şamını 1.0867 səviyyəsində tamamladı. 
Bu həftə Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, ÜDM-in həcmi, eləcə də, həm Almaniyada, həm də Avrozonada dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin Avropa Mərkəzi Bankının iclası və sədr Kristin Laqardın çıxışı avronun valyuta birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər. 
Böyük Britaniyadan iqtisadi rəqəmlər
Bu həftə çərşənbə axşamı İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çıxışından əlavə, çərşənbə günü İngiltərədə dərc olunacaq həm istehsal (PPİ), həm də istehlak (CPİ) qiymətlərində inflyasiya rəqəmləri, cümə axşamı açıqlanacaq Sənaye PMİ, Xidmət PMİ və Kompozit PMİ, eləcə də, cümə günü yayımlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Pərakəndə Satış Dövriyyəsinin Baza Həcmi kimi vacib iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Ötən həftəyə 1.25$ səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 2 sent bahalaşaraq həftəlik şamını 1.27$ səviyyəsində tamamladı. 
"Buğarlar" qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər. Lakin, İngiltərədə inflyasiya ehtimal edildiyi kimi azalarsa, BoE-nin də faiz endirimi ehtimalları güclənə bilər. Bu isə öz növbəsində funt-sterlinqin ucuzlaşmasına səbəb ola bilər.
NEFT
Ötən həftə həm "Brent" nefti, həm də "WTI" nefti təqribən 1% bahalaşıb.
ABŞ-ın yanacaq ehtiyatlarının azalması neft qiymətlərindəki artımın əsas səbibi kimi qeyd edilə bilər.
Ötən həftəyə 83.10$ həddindən başlayan "Brent" nefti həftəlik şamını 84.40$ həddində bağladı.
Cari həftə ərzində "Buğalar" qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, "Ayılar"ın diktəsi artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Ötən həftəyə 2360$ səviyyəsindən başlayan və 2332$ səviyyəsinə kimi ucuzlaşan qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda bu həddən dəstək taparaq sürətlə bahalaşdı və həftəlik şamını 2413$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, "Buğalar" qiyməti qızıl qiymətlərinin tarixi maksimumu olan 2431$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 20 may 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi