Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ dolların mümkün ucuzlaşma ehtimalları fonunda major valyutaların dollar qarşısında bahalaşdığı, risk iştahının artması ilə qızılın ucuzlaşdığı bir həftədən sonra, cari həftədə diqqətlər mərkəzi banklara yönələcək. Belə ki, Yaponiya və İngiltərə Mərkəzi Banklarının, ABŞ Federal Ehtiyyatlar Sistemi, Federal Açıq Bazar Komitəsinin faiz qərarları birjalarda tendensiyaların əsas istiqamətləndirici gücü ola bilər. 
FED fondlarının fyuçersləri, artıq ötən həftədən növbəti FED iclasının 30 və 31 iyul tarixlərində baş tutacağına baxmayaraq, ilin sonuna qədər ən azı iki faiz endirimi ehtimallarını öz qiymətlərində əks etdirirlər.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində həmçinin, Avrozonada, Almaniyada ÜDM-in həcmi və əmək bazarı, İstehlak Qiymətləri İndeksi göstəriciləri, Avstraliyada, İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və ÜMD rəqəmləri, ən əsası isə Amerikada Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş yerlərinin Sayı (NFP), İşsizlik Səviyyəsi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, "Conference Board" İstehlakçıların İnam İndeksi və "JOLTS" Boş və Vakant İşyerləri Hesabatları investorların diqqət mərkəzində olacaq. 
EUR
Cari həftə ərzində Avrozonada və Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada İstehlak Qiymətləri İndeksi, eləcə də, Ümumdaxili Məhsulun Həcmi göstəriciləri dərc olunacaq. Analitiklər isə hər iki iqtisadiyyatda inflyasiyanın artım tempinin və iqtisadi artım sürətinin zəiflədiyini proqnozlaşdırırlar.
 Ötən həftəyə 1.0880 səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.0900 həddini test etsə də, burada müqavimətlə üzləşərək bir qədər ucuzlaşdı və həftəlik şamını 1.0850 həddində bağladı. 
"Buğalar" qiyməti 1.09$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Cari həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Qeyd edək ki, BoE-nin uçot faiz dərəcəsini 5.25%-dən 5.00%-ə kimi endirəcəyi ehtimal olunur.
Ötən həftəyə 1.2910 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.2940 həddinə kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2860 səviyyəsində tamamladı. 
Əgər, proqnozlaşdırılan kimi faiz dərəcələri endirilərsə, funt-sterlinq dünya birjalarında zəifləyə bilər. 
OİL/UK
Ardıcıl 3 həftədir ucuzlaşan "Brent" nefti (OİLUK) ötən həftəyə 83.30$ səviyyəsində başlasa da,  eniş tendensiyasını davam etdirdi və həftəni 80.70$-da başa vurdu. Lakin, Livanın İsrailə raket zərbələri endirməsindən sonra Yaxın-Şərqdə münaqişənin masştabının daha da böyücəyi narahatlıqları fonunda neft cari həftəyə artımla başladı. 
Hazırda, enerji birjalarında 81.50$-dan təklif edilən OİLUK-də "buğalar" qiyməti 83$-ın üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
XAU/USD
Ötən həftəyə 2404$ səviyyəsindən başlayan və 2432$-a kimi bahalaşan qızıl, investorların möhtəşəm bir rallidən sonra gəlirlərini realizə etmək üçün XAUUSD-dən çıxıb daha mülayim pul siyasətindən faydalanacaq sektorlara keçməsinə səbəb oldu. Nəticədə, "sarı metal" 2353$-a kimi ucuzlaşdı.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 29 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu avtomobil xeberleri en son xeberler