"Bitcoin" 60 min dollardan aşağı düşdükdən sonra bərpa olur
"Bitcoin" (BTC) halvinq ərəfəsində 60 min dollar səviyyəsini saxlamağa davam edir. Saat 11:00-da kriptovalyuta 64 min dollar səviyyəsində ticarət edilib. Daha əvvəl, 19 aprel gecəsi "Bitcoin" Yaxın Şərqdə yeni gərginləşən münaqişə fonunda "Binance" birjasında 59.631 min dollara düşüb.
Aprelin 19-na keçən gecə İsrail İranın hərbi hava bazasına hücum edib və bu, aprelin 1-də Dəməşqdəki (Suriya) İran səfirliyinin binasına hücumu ilə başlayan Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi olub.
Münaqişə kriptovalyuta bazarına birbaşa təsir edib. Aprelin 14-dən 15-nə keçən gecə İranın İsrail ərazisinə cavab zərbələri endirməsindən sonra "Bitcoin" 60 000 dollara qədər çöküb və o vaxtdan bəri son 7 gün ərzində 60-64 000 dollar arasında dəyişib.
"Bloomberg"in sorğusuna qatılan ekspertlər hesab edirlər ki, geosiyasi gərginliyin artması kriptovalyuta bazarında investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını