Bitcoin 8% ucuzlaşaraq 20 min dollardan aşağı düşüb
Gündəlik Bitcoin məzənnəsi 1.8 min dollar azalaraq yanvarın 14-dən bəri ilk dəfə 20 min dollardan aşağı düşüb. "CoinGecko"nun məlumatına görə, dünyanın ən populyar kriptovalyutasının qiyməti 21.7 min dollardan 19.9 min dollara qədər azalıb.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Martın 10-da Bakı vaxtı ilə saat 10:20-də Bitcoin 20 min dollara yaxın ticarət olunub, lakin sonra 8% ucuzlaşıb. Bitcoinin ümumi kapitallaşması 386 milyard dollar, gündəlik ticarət həcmi isə 48.4 milyard dollar təşkil edib.
Bitcoin ilə yanaşı, digər kriptovalyutalar da ucuzlaşıb: Ethereum – 7.6% (1.42 min dollar), Ripple – 4.4% (0.37 dollar), Polygon – 4.4% (1.01 dollar).
Gün ərzində 94 min treyderin 309 milyon dollarlıq mövqeyi ləğv edilib. "Coinglass"ın məlumatına görə, ən çox ləğvetmə Bitcoin ilə olub – 120.7 milyon dollar, ikinci yerdə 75.9 milyon dollar zərərlə Ethereum gəlir.

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58