Bitcoin bazarda öz mövqeyini bərpa edir
ABŞ-da Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaltma ehtimalını artıracağına dair iddialar əsas kriptovalyutaların qiymətlərinin artmasına səbəb olub.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (29 aprel -3 may, 2024)
FED.az xəbər verir ki, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitcoin 1,5% artaraq 64 340 dollara, ikinci ən böyük rəqəmsal token olan Ethereum isə 3% artaraq 3 184 dollara yüksəlib.
Digər məşhur altkoinlərin də qazanc əldə edib. Belə ki, BNB 1,9%, Solana 2,8%, XRP 1,3%, Dogecoin 2,2%, Toncoin 6,8%, Shiba Inu 1,4% və Polkadot 4,5% artıb.
Bu, artımlar ümumilikdə kriptovalyuta bazarında yüksəliş trendini əks etdirə bilər.
CoinSwitch Ventures-in Baş İnvestisiya Direktoru Parth Çaturvedi, "Kripto bazarı keçən həftəki tənəzzüldən sonra yenidən yüksəldi, bu, ABŞ-ın FED fazi dərəcələrini azaldacağı ilə əlaqəlidir" deyə vurğulayıb.
CoinMarketCap məlumatlarına görə, bütün sabit koinlərin həcmi hazırda 44,5 milyard dollar təşkil edir ki, bu da ümumi kriptovalyuta bazarının 24 saatlıq həcminin 90,46%-ni təşkil edir.
Qeyd edək ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoin-in bazar dəyəri 1,265 trilyon dollara yüksəlib. CoinMarketCap-a görə, hazırda Bitcoin-in dominantlığı 53,23% təşkil edir.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
Green Card nədir və onu necə əldə etmək olar?
Fond birjası nədir?
Layihə menecmenti nədir?
Bill Qeyts kimdir?
Biznes nədir?