Bitcoin cari ilin "ən pis həftəsini" yaşayır – qiymət düşür
2024-cü ilin ikinci ən pis həftəlik enişindən sonra kriptovalyuta bazarında itkilər yığılır. Banker.az xəbər verir ki, bir sıra agentliklərə görə, bu, Bitcoin birja fondlarına tələbatın azalması və pul siyasəti ilə bağlı qeyri-müəyyənliyin refleksiyasıdır.
Ən böyük 100 rəqəmsal aktivin göstəricisi keçən həftə yeddi gün ərzində təxminən 5% azalıb. "Bloomberg" tərəfindən tərtib edilən məlumatlara görə, bu, aprel ayından bəri ən pis enişdir.
Kriptobirjanın lideri hesab edilən Bitcoin Londonda bazar ertəsi təxminən 2% dəyər itirərək $62 275 olub. Bu göstərici bir aydan çoxdur ki, aşağı səviyyədədir.
Kriptovalyutadakı bu "sarsıntı" ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini son 20 ilin ən yüksək səviyyəsindən sürətlə endirmək imkanlarına dair şübhələr fonunda baş verir. Bəzi analitiklər üçün rəqəmsal aktivlərin geri çəkilməsi daha geniş risk iştahı üçün xəbərdarlıq əlaməti hesab edilir.
Mövcud kriptovalyuta bazarı dinamikası "aşağı dəyişkənlik, yumşaq həcmlər və qiymətlər öz diapazonunun kənarlarına keçməyə başlayanda sifarişlərdə balanssızlaşması ilə xarakterizə olunur". Bunu "FalconX"in tədqiqat rəhbəri David Lovant qeyd edib.
Etherium və Solana üçün həftəlik enişlər müvafiq olaraq keçən il və 2022-ci ildən bəri ən uzun müddətli olub.
Xatırladaq ki, mart ayında Bitcoin $73 798 tarixi rekord vurub.
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
Bitcoin bahalaşdı
Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u
"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
Bitcoin dəyər itirdi
Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB