"Bitcoin" fondları bir gündə 887 mln. dollar cəlb edib
Amerikanın Bitcoin birja fondlarına kapital axını iyunun 4-də keçirilən ticarət sessiyasının nəticələrinə əsasən 887 milyon dollar təşkil edib. Bu, mart ayından bəri ən yüksək göstəricidir, həmçinin Bitcoin fondlarının tarixində ikinci ən böyük gündəlik investisiya axınıdır. Martın 12-də keçirilən ticarət sessiyasının nəticələrinə görə spot Bitcoin ETF-lərə rekord məbləğdə vəsait daxil olub – 1 milyard dollardan çox.
Bitcoin ETF-lərə vəsait axını ardıcıl 16 gündür davam edir, 11 ABŞ ETF-nin ümumi xalis aktiv dəyəri 61.4 milyard dollara çatıb.
İyunun 4-də alınan vəsaitlərin həcminə görə lider FBTC fondu olub – 379 milyon dollar, ondan sonra 274 milyon dollarla GBTC fondu gəlir.
Bitcoin məzənnəsi Binance kriptovalyuta birjasında USDT steyblkoini ilə cütlükdə 71.25 min dolları keçib. 5 may Bakı vaxtı ilə saat 11:00-da dünyanın ən populyar kriptovalyutası son 24 saat ərzində 3% bahalaşıb.
Fəaliyyətin artması ABŞ-də Ethereum (ETH) əsaslı spot birja fondlarının işə salınmasının təsdiqlənməsi və prezidentliyə namizədlərin Bitcoin haqqında müsbət bəyanatları fonunda baş verir. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını