"Bitcoin" "halving"dən sonra 66 min dolları keçib
"Bitcoin" (BTC) aprelin 20-də Bakı vaxtı ilə saat 4:10-da dördüncü halvingdən sonra 66 min dollara yüksəlib – yeni sikkələrin həcmi iki dəfə azalıb – 6.25-dən 3.125 BTC-yə (20 aprel məzənnəsi ilə təxminən 200 min dollar) düşüb.
Saat 11:00-da "Binance" birjasında "Bitcoin" 1.3 trilyon dollar kapitallaşma ilə 66.324 min dollara ticarət edilib. İllik maksimum 56.41%-ə çatdıqdan sonra "Bitcoin"in ümumi kriptovalyuta bazarının kapitallaşmasında "Bitcoin Dominance Index" adlanan bazar payı azalmağa başlayıb. Aprelin 22-də dəyər 55%-ə çatıb.
Kriptovalyuta bazarında "Bitcoin"in dominantlığının düşməsi kapitallaşma baxımından daha kiçik kriptovalyutaların artım templərinə görə altkoin mövsümünün başlaması ilə əlaqələndirilir.
Son 24 saat ərzində kapitallaşmaya görə ilk 100 kriptovalyutadan ən böyük artımı "Core" (CORE) göstərib – 13%. "Nervos Network" (CKB) son 24 saat ərzində ən çox ucuzlaşıb – 5.7%.
/ banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını