"Bitcoin" ilin əvvəlindən 45% artıb: bu nə qədər davam edəcək?

"Bitcoin"in dəyərindəki sürətli artım ilin əvvəlində BTC ETF-lərinin istifadəyə verilməsindən sonra başlayıb: ABŞ-də birja fondları institusional və pərakəndə investorları "Bitcoin"ə cəlb edib və bu, kotirovkaların artmasına səbəb olub. "Bitcoin"in böyüməsi davam edəcəkmi, bu nə qədər sürəcək  və investorlar nə etməlidir?
Həddindən artıq tələbat
Çərşənbə günü, fevralın 28-də "Bitcoin" 2021-ci ildən bəri ilk dəfə 60 000 dollar həddini keçdi, 64 000 dollara qalxdı və sonra yenidən 60 000 dollara düşdü. Cümə axşamı günü kotirovkalar yenidən 63 000 dollara yaxınlaşdı. Bu, kriptovalyutanın bütün zamanların ən yüksək həddi olan 69 000 dollara (2021-ci ilin noyabrında) çox yaxındır.
İlin əvvəlindən bəri dünyanın ilk və hələ də əsas kriptovalyutası 45% bahalaşıb. Fevralın 25-dən isə 14%-dən çox artıb. Bundan əvvəl, fevralın 13-də Nyu-York birjasında ilk BTC ETF-nin səhmlərinin ticarəti başlayıb.
2017-ci ildən bəri ABŞ-də kriptovalyuta ilə əlaqəli alətlərin işə salınması cəhdləri olub, lakin Qiymətli Kağızlar Birjası Komissiyası (SEC) "Bitcoin" ticarətində həddən çox spekulyativ əməliyyatların olduğuna inanaraq bu cür müraciətləri rədd edib. Bununla belə, departament kriptovalyuta fondlarının sonradan "Bitcoin" birja fondunun emitentlərindən birinə çevrilən "Grayscale"ə məhkəmədə uduzduqdan sonra ticarətə icazə vermək məcburiyyətində qalıb.
Pərakəndə investorların böyük tələbatı "Bitcoin" qiymətlərini artırıb. SEC haqlı idi, kriptovalyutalara həmişə spekulyativ maraq olub və ETF-nin işə salınmasından sonra o daha da böyüyüb.
Artım nə qədər davam edəcək
Mütəxəssislər hesab edirlər ki, artım davam edəcək. "Bitcoin ETF-lərindən sonra efir və digər kriptovalyutalar üçün eyni alət yaradılacaq, bu isə kriptovalyuta bazarını yüksəldəcək.
Kriptovalyuta bazarının kapitallaşması ötən ilin payızından bəri artmaqdadır. Fevralın 29-da o, 3.6% artaraq 2.43 trilyon dollar təşkil edib. Kriptovalyutaların dəyərinin daha da artması üçün stimul BTC-nin  "halving"i olacaq. "Halving" – mayninq olunan yeni bitkoinlərin sayının əvvəlcədən proqramlaşdırılmış şəkildə yarıya endirilməsidir.
Qarşıdan gələn "halving" kriptovalyuta bazarının aparıcı aktivini daha da qıt edəcək ki, bu həm "Bitcoin"in özünün, həm də digər kriptovalyutaların kapitallaşmasının artımında rol oynaya bilər.
Bununla belə, "Bitcoin"ə artan maraq qısamüddətli, eniş isə yüksəliş qədər güclü ola bilər. "Bitcoin"in qiymətinə ilk növbədə tələb və təklif, istehsal həcmləri, həmçinin digər kriptovalyutaların rəqabət qabiliyyəti kimi amillər təsir edir. Onun qiyməti heç bir orqan və ya təşkilat tərəfindən tənzimlənmədiyi üçün hansısa proqnoz vermək demək olar ki, mümkün deyil.
İnvestorlar nə etməlidir?
Bu, kriptovalyutalara investisiyaların uzun müddət ərzində cəlbedici investisiyalar olmasına mane olmur. Yarandığı gündən bəri "Bitcoin"lə bağlı aydın bir tendensiya var, hansı ki kriptovalyuta iqtisadiyyatına daxildir.
"Bitcoin"in 2008-ci ildə istifadəyə verilməsindən bəri dinamikasına nəzər salsaq, o zaman, əlbəttə ki, kəskin dalğalanmalar görəcəyik, lakin ümumilikdə tendensiya həmişə yüksəlişdədir. Buna görə də, "Bitcoin" və digər kriptovalyutalar qısamüddətli spekulyativ strategiyalar üçün bir vasitə kimi uyğun deyil, lakin uzunmüddətli perspektivdə – beş ildən yeddi ilədək – investisiyalar yaxşı artım göstərə bilər. / banker.az

Kriptovalyuta     Tarix: 01 mart 2024

Oxşar xəbərlər

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış "WebTrust for Certification Authorities" (WebTrust for CA) auditini uğurla başa vurub. xəbər verir ki, müstəqil qiymətləndirmə şirkəti

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,69% azalaraq 84 122,7


iqtisadi xeberler telefonla pul qazanmaq valyuta mezennesi valyuta xeberleri depozit faizleri