Bitkoin alanlar nə qədər vergi ödəməlidir? - RƏSMİ AÇIQLAMA

Bitkoin alanlar nə qədər vergi ödəməlidir? - RƏSMİ AÇIQLAMAKriptovalyuta alğı-satqısı ilə məşğul oluram. Fəaliyyətimi rəsmiləşdirmək üçün VÖEN almaq istəyirəm. Bu halda mənim vergi öhdəliklərim nə qədər olacaq? Bu fəaliyyət qeyri-sahibkarlıq fəaliyyəti sayılırmı? Əgər dövriyyəm 200.000 manatı keçsə, ƏDV qeydiyyatına da alınmalıyam?
Azərbaycanlıların internetlə alış-veriş etdiyi - ŞİRKƏTLƏRDƏN ƏDV TUTULACAQ - YENİ QAYDA
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota durmaqla VÖEN almalı və əldə edilən gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcəsi ilə gəlir vergisi hesablamalı, növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər ƏDV-yə cəlb oluna bilər. Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) kriptovalyuta alğı-satqısı üzrə əməliyyatlarının həcmi 200.000 manatdan artıq olsa da, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər. Fiziki şəxsin bu fəaliyyətdən əldə edilən gəlirləri ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaq.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi" bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. / fed.az

Kriptovalyuta     Tarix: 19 fevral 2026

Oxşar xəbərlər

Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını

Azərbaycanda "Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

Mərkəzi Bankda fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub. AMB-də fintex ekosistemində institusiona

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

Bitkoin alanlar nə qədər vergi ödəməlidir? - RƏSMİ AÇIQLAMA

Kriptovalyuta alğı-satqısı ilə məşğul oluram. Fəaliyyətimi rəsmiləşdirmək üçün VÖEN almaq istəyirəm. Bu halda mənim vergi öhdəliklərim nə qədər olacaq? Bu fəaliyyət qeyri-sahibkarlıq fəaliyyəti sayılırmı? Əgər dövriyyəm 200.0

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND

"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib

"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 AB


iqtisadi xeberler kicik biznes dollar mezenne avtomobil xeberleri en son xeberler