Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  

Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  Son günlər dünya bazarında kriptovalyutaların sürətlə bahalaşması müşahidə edilir. Əsas kriptovalyuta – bitkoin artıq 100 minlik qiymət hədəfinin "qapısını döyür", digər kriptolar da cidddi artım nümayiş etdirir. Üstəlik artıq dünyada kriptovalyutaların tədricən maliyyə sisteminə interasiyası başlayır. Amma bununla bağlı əsas yenilik 3 il əvvəl baş verib. 
FED.az xəbər verir ki, 2021-ci ilin sentyabrında Salvador Bitcoin-i (BTC) rəsmi ödəniş vasitəsi kimi leqallaşdıran dünyada ilk ölkə oldu. Bu cəsarətli addım bütün dünyada maraq və müzakirə dalğasına səbəb oldu. Bu üç il ərzində ölkədə nələr dəyişib, hökumətin bu addımdan gözləntiləri özünü doğruldubmu, Bitknoinin leqallaşdırılması Salvadoru necə dəyişib? 
Necə oldu ki, Salvador Bitcoin-i qanuniləşdirdirdi? 
Bitcoin-i ABŞ dolları ilə bərabər Salvadorun rəsmi valyutası etmək ideyası 2021-ci ilin iyununda ortaya çıxdı. Prezident Nayib Bukele bu barədə ABŞ-ın Mayami şəhərində Bitcoin 2021 konfransı zamanı elan edib. Cəmi bir ay sonra, 9 iyun 2021-ci ildə El Salvador Milli Assambleyası 7 sentyabr 2021-ci ildə qüvvəyə minən Bitcoin qanununu təsdiqlədi. 
Qeyd edək ki, Salvadorun maliyyə sistemi buna qədər də unikal idi – ölkənin rəsmi valyutası ABŞ dolları idi. Bukelenin fikrincə, indi də bitkoinin leqallaşdırılması ölkəyə xarici investisiya cəlb etməyə, ABŞ dollarından asılılığı azaltmağa, iqtisadiyyatı yaxşılaşdırmağa, həmçinin bu və ya digər səbəbdən  baş xidmətlərindən istifadə edə bilməyən vətəndaşların maliyyə bazarına çıxışını açmağa kömək edəcəkdi. 
Ölkənin hakimiyyət orqanları bitkoinin iqtisadiyyata uyğunlaşdırılması üçün bəzi tədbirlər həyata keçiriblər. Bu təşəbbüslərdən bir neçəsi belədir:
•    milli kripto pul kisəsi "Chivo" yaradılıb və onun vasitəsilə 30 dollar dəyərində bitkoinlər paylanılıb;
•    şəhər küçələrində bitkoinləri dollara və geri çevirməyə imkan verən kripto bankomatlar quraşdırılıb;
•    ictimai məlumat mərkəzlərinin yaradılması;
•    paralel olaraq Salvadorun özündə bitkoin istehsalı – mayninqi başlanılıb. Bunun üçün vulkanik enerjidən istifadə etməklə ölkə daxilində bitkoin istehsalı təşkil edilib;
•    kripto investisiyalar üçün vətəndaşlıq almaq üçün sadələşdirilmiş proqramlar işə salınıb;
•    vəzifəsi ölkənin kriptovalyuta təşəbbüslərinin inkişafına nəzarət etmək olan Milli Bitcoin Ofisi (ONBTC) yaradılıb.
Həmçinin, yerli hakimiyyət orqanları 18 noyabr 2022-ci ildən hər gün 1 bitkoin almağa başlayıb. Hazırda Salvador 600 milyon dollara yaxın dəyəri olan 5800 bitkoinə nəzarət edir. 
Bitkoin üç il ərzində Salvadoru necə dəyişdi?
Başlanğıcda olduqca maraqlı görünsə də və Salvador üçün qeyri-adi pronozlara yol açsa da, bitkoinin tətbiqindən keçən 3 ildən sonra ekspertlər Bitcoin-in leqallaşdırılmasının El Salvador üçün iqtisadi möcüzə olub-olmaması ilə vahid fikrə gələ bilmirlər. 
Doğrudur, iir tərəfdən, bütün bu müddət ərzində ölkənin iqtisadiyyatı - ÜDM-i artır. Xatırladaq ki, Ümumi Daxili Məhsul (ÜDM) müəyyən bir dövrdə ölkədə istehsal olunan bütün mal və xidmətlərin ümumi həcmidir. ÜDM-in artımı iqtisadi fəallığın və ölkənin rifahının artdığını göstərir, ÜDM-in azalması isə iqtisadiyyatın ləngiməsi və işsizlik və ya inflyasiya kimi mümkün problemlərdən xəbər verə bilər.
Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  Bununla belə, Salvadorda da inflyasiya yüksəlir. Bitcoin-in leqallaşdırılması fonunda inflyasiya dərhal illik 7,76%-ə çatdı. Bununla belə, 2024-cü ilin statistikası göstərir ki, hakimiyyət orqanları inflyasiyanın artımını ram edə bilib. 
Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  Amma bu müddət ərzində Salvadorun dövlət borcu da artıb. Əgər 2021-ci ildə bu göstərici 25,5 milyard dollar idisə, 2024-cü ilin sonuna, proqnozlara görə, bu məbləğ 29,84 milyard səviyyəsində dayana bilər və analitiklər onun gələcək artımını gözləyirlər.
Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  Bitkoinin tətbiqindən sonra onlardan istifadə də o qədər populyar deyil. Araşdırmalar göstərir ki, 2023-cü ilin sonunda ölkədə kripto, yəni bitkoin vasitəsilə ödənişlər rəqəmsal pul kisələrinə köçürmələrin cəmi 1,3%-ni təşkil edib. Ölkə vətəndaşlarının kriptovalyutanın leqallaşdırılmasını etirazlarla qarşıladığını nəzərə alsaq, bu cür statistika təəccüblü deyil.
Doğrudur, Salvadorda kriptovalyutanın inteqrasiyası tam sürətlə gedib, məsələn, burada Bitcoin ilə yemək almaq, bazarlıq etmək olar. Amma fakt odur ki, ölkədə vətəndaşların yalnız kiçik bir hissəsi kriptovalyutadan istifadə edir. 
Hökumət bitkoinə marağı daha da artıracaq
2024-cü ilin fevralında Bukele yenidən prezident seçildi. Siyasətçi əvvəllər elan edilmiş kriptovalyuta təşəbbüslərindən əl çəkməmək qərarına gəlib. Əsas layihələrdən biri iqtisadiyyatı tamamilə kriptovalyutada fəaliyyət göstərəcək Bitcoin City şəhərinin yaradılmasıdır. Yeni şəhər hakimiyyətin Bitcoin hasilatı üçün  istifadə etdiyi geotermal enerjidən istifadə etdiyi Konçaqua vulkanının ətəyində tikiləcək. Artıq 2024-cü ilin avqustunda Bukele kripto şəhərinin tikintisi üçün Yilport-dan 1,62 milyard dollar cəlb etmək barədə məlumat yayıldı. Bitkoini qanuniləşdirən ilk ölkə – Salvadorda 3 ildə nə dəyişib?  Bundan əlavə, El Salvador aktiv şəkildə kriptovalyutalar və blokçeyn texnologiyaları üzrə təlim proqramları hazırlayır. Məsələn, 2024-cü ildə hakimiyyət 80 min məmuru Bitcoin kurslarına göndərmək qərarına gəlib.
Bəs əsas nəticə nədir? 
Bitcoin-in leqallaşdırılması El Salvador üçün mühüm mərhələ oldu. Son üç ildə ölkədə həm müsbət, həm də mənfi bir çox dəyişikliklər olub. İqtisadiyyat kriptovalyuta təşəbbüslərindən yeni bir təkan aldı, lakin inflyasiya və artan milli borc əsas narahatlıqlar olaraq qalır. Üç il belə genişmiqyaslı qərarın nəticələri barədə nəticə çıxarmaq üçün kifayət qədər vaxt deyil. Bununla belə, Salvador hakimiyyətinin inamı onu deməyə əsas verir ki, seçilmiş yol ölkə üçün uyğundur. 

Kriptovalyuta     Tarix: 04 dekabr 2024

Oxşar xəbərlər

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14

Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

Kriptovalyuta əməliyyatları ilə əlaqədar fəaliyyət sahibkarlıq, yoxsa qeyri-sahibkarlıq fəaliyyəti sayılır? Ümumiyyətlə, bu fəaliyyət növü ilə bağlı vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta ödənişlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

2026-cı ildə "Bitcoin"in maksimum qiymət - PROQNOZU AÇIQLANDI

"Bitget Research" şirkətinin aparıcı analitiki Rayan Li, Bitcoin-in pik qiymətinin 2026-cı ildə 140 00 dollara çatacağını proqnozlaşdırıb. biznes və maliyyə xəbərləri portalının məlumatına görə, ekspert bildiri

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar məzənnəsi investisiya emlak xeberleri